Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 8(077)-5/2023 28.03.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X3 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 iştirakı ilə, Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 tərəfindən verilmiş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜ Ə Y Y Ə N E T D İ: Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(119)-1817/2022 saylı icra sənədinin icrasının təmin edilməsi üçün Borclu Şuşa rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(119)-1817/2022 saylı icra sənədinə əsasən Borclu 33874,60 manat tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Şuşa rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata qəbul olunmuş, qərar və bildiriş xx.xx.2023-cü il tarixdə Borclu verilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etməsinə, çoxsaylı xəbərdarlıqlara baxmayaraq, o icra sənədi üzrə tələbi icra etməmiş, barəsində tədbir görülməsi məqsədi ilə şöbəyə dəvət olunsa da, şöbəyə gəlmədən boyun qaçırmışdır. Məhkəmə iclasında iştirak edən Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 təqdimat müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. İcra işi üzrə tələkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilmiş, lakin onlar (nümayəndələri), məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hesab edir ki, tərəflərin gəlməməsi təqdimata baxılmasına mane olmur. Məhkəmə təqdimat verən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki,təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli, e8572/2023 saylı “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Borclu icraata başlamaq haqqında qərarı və bildirişi xx.xx.2023-cü il tarixdə şəxşən özü imza etməklə almışdır. “İcra haqqında” Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göstərilənlərə əsasən məhkəmə müəyyən etmişdir ki, Borclu icra rəisinin çağırışına gəlməkdən yayınmışdır. Ona görə də, məhkəmə Borclu Şuşa rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatı əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263-64-cü maddələrinə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(119)-1817/2022 saylı icra vərəqəsinin təmin olunması məqsədilə borclu, xx.xx.1990-cı il tarixdə Şuşa şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu Şuşa rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərarın icrası Şuşa rayon İcra və Probasiya Şöbəsinə və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan (alındığı vaxtdan) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(077)-5/2023
Şuşa Rayon Məhkəməsi Qərardad — İş №8(077)-5/2023
28.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver