Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 8(077)-6/2023 25.04.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X7 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, X1 iştirakı ilə, X1 Şuşa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(077)-01/2019 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şuşa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(077)-01/2019 saylı qətnaməsi ilə iddiaçı Tələbkar BOKT ASC-nin cavabdeh X4 qarşı “borcun tutulması, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin ödənilməsi tələbinə dair” iddiası təmin edilərək, cavabdehdən xx.xx.2015-cı il tarixli 245/15/PB/YF nömrəli kredit müqaviləsi üzrə cəmi 77.785.52 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti ilə yüklü edilmiş tam mülkiyyət hüququ ilə X4 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, 127a nömrəli evin 47,29 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 43 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 110000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına cavabdeh X3 Tələbkar BOKT ASC-yə olan kredit borcunun ödənilməsi və ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətində boşaldılması, iddiaçı X3 cavabdeh Tələbkar BOKT ASC-yə qarşı “müqavilə şətlərinin dəyişdirilməsi, faizlərin əsas borca silinməsi, icra müddətinin uzadılması, möhlət verilməsi və dəymiş mənəvi zərərə görə pul tələbnə dair” qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. İş üzrə borclu X2 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(077)-01/2019 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, qətnamə qanuni qüvvəsini alıb icra olunması üçün icra şöbəsinə göndərilmiş, onun xəbəri olmadan hərrac keçirilmiş və iştirakı olmadan mənzili iddiaçı banka təklif edilmiş, tələbkar mənzili mülkiyyətinə keçirtmişdir. İcra Şöbəsi kompensasiya ödənilməklə mənzilin boşaldılması barədə ona bildiriş göndərmişdir. Qətnamənin icrasından yayınmır və var gücü ilə ən qısa zamanda borcu da ödəməyə çalışır. Lakin hazırda maddi durumu səbəbi ilə həmin borcu ödəyə bilmir və bu barədə 4-5 ay möhlət lazımdır. Bütün bunlara, qətnaməni icra etməkdən yayınmadığına, başqa yaşayış yeri olmadığından və maddi durumunun ağır olması səbəbindən həmin borcu bütövlükdə bağlaya bilmədiyindən qətnamənin icrasına möhlət verilməsi barədə qərar verilməsi zərurəti yaranmışdır.Hazırda işlədiyi yerdən mənimsənilən əmlaklarının kompensasiyası ödənmədiyindən və ən qısa zamanda ödəniləcəyinə söz verildiyindən qətnamənin icraya yönəldilməməsi və həmin vaxta qədər möhlət verilməsi zərurəti yaranıb. Onu da qeyd edir ki, Şuşa rayonu ermənilər tərəfındən işğal edildiyindən mənzili də əlindən çıxmışdır. Hazırda ikinci Qarabağ müharibəsindən sonra Şuşa işğaldan azad edildiyindən və yaxın zamanlar da,öz mənzilinə köçürüləcəyindən həmin vaxtadək qətnamənin icrasının dayandırılması zəruridir. Qeyd olunanlara əsasən Şuşa rayonundakı mənzili ona verilənədək Şuşa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(077)-01/2019 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu X5 ərizədə göstərilənlərə uyğun iuzahat verərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumalandırılmış icra işi üzrə tələbkarın və icra qurumunun nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyib, ərizəni iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassızdır və təmin edilməməlidir. Belə ki, ərizədən və ona əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(077)-01/2019 saylı qətnaməsi borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi hissələrində icra olunmuş, ipoteka predmeti olan mənzil keçirilmiş hərrac nəticəsində tələbkar tərəfindən əldə edilmişdir. İpoteka predmeti olan mənzildən çıxarılmaya dair icra tədbirləri xx.xx.2023-cü il tarixdə saat 11:00-a təyin edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 04 iyul 2014-cü il tarixli Qərarında göstərildiyi kimi, “qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu eyni hüquqi mövqeyini “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarında təsbit edərək göstərmişdir ki, “Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin maddədə nəzərdə tutulan məhkəmə aktının icrasına möhlət verilməsi icra hərəkətlərinin daha gec bir vaxta keçirilməsi kimi başa düşülür. Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə müdafiəsi hüququnun təsiri altına düşür. Belə olan halda icra hərəkətlərinin bu və ya digər səbəbdən uzun müddət başlanmaması məhkəmə müdafiəsinin ağlabatan müddətdə həyata keçirilməməsinə, pozulmuş hüquqların bərpa olunmamasına, nəticə etibarilə məhkəmə müdafiəsi hüququnun səmərəliliyinin azalmasına gətirib çıxara bilər.” Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 12-ci bəndində göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri araşdıraraq, qanunvericiliyin normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mübahisəli məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, iş üzrə borclu məhkəməyə müraciət edərək məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizə versə də, məhkəmə qətnaməsininin icrasına konkret olaraq hansı müddətə möhlət verilməsini göstərməmiş, ərizəni kifayət qədər əsaslandırmamışdır. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə, qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizə əsaslandırılmadığından, təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-269 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 Şuşa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(077)-01/2019 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardadın iş üzrə icraatın dayandırılmasına dair hissəsindən rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(077)-6/2023
Şuşa Rayon Məhkəməsi Qərardad — İş №8(077)-6/2023
25.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver