Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 8(077)-7/2022 23.06.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X5 iclas katibliyi, Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi X9 tərəfindən verilmiş borclu X3 Şuşa rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜ Ə Y Y Ə N E T D İ: Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi X9,Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(077)-7/2022 saylı icra sənədinin icrasının təmin edilməsi üçün borclu X3 Şuşa rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki,Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(077)-7/2022 saylı icra sənədinə əsasən 12 iyun 2017-ci il təvəllüdlü X10 və 27 oktyabr 2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 14 sentyabr 2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa 175 manat olmaqla,350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment X2 tutularaq X8 ödənilməlidir. İcra sənədi Şuşa rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata qəbul olunmuşdur.Borclu X4 qərar və bildiriş verilmiş,ondan izahat alınmışdır.Borclunun dəqiq ünvanı məlum olmadığından onun istifadəsində olan 055 *** ** ** nömrəli telefonla dəfələrlə əlaqə saxlanılsa da,o yaranmış 3150 manat aliment borcundan bu günədək cəmi 350 manat ödəniş etmişdir.Qalan 2800 manat aliment borcunu isə müxtəlif bəhanələr gətirərək bu günədək ödəməyərək,icradan yayınmışdır.Aliment borcunun ödəmədiyinə görə onun barəsində tədbir görülməsi məqsədi ilə Şuşa rayon İcra və Probasiya Şöbəsinə dəvət olunsa da,borclu X6 qətiyyətlə şöbəyə gəlməyəcəyini bildirmişdir.Buna görə də,borclu barəsində məcburi gətirilmə tətbiq olunmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki,təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli,e35688/2022 nömrəli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki,borclu X6 icraata başlamaq haqqında qərarı və bildirişi xx.xx.2022-ci il tarixdə şəxşən özü poçt vasitəsilə almışdır. “İcra haqqında” Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göstərilənlərə əsasən məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri,Balaxanı qəsəbəsi,2-ci Mədən,ev 78-də yaşayan borclu X6 icra rəisinin çağırışına gəlməkdən yayınmışdır.Ona görə də,məhkəmə X3 Şuşa rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatı əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263-64-cü maddələrinə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(077)-7/2022 saylı icra vərəqəsinin təmin olunması məqsədilə Bakı şəhəri,Balaxanı qəsəbəsi,2-ci Mədən,ev 78də yaşayan borclu X1 rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərarın icrası Bakı şəhəri Subunçu Rayon Polis İdarəsinə həvalə edilsin.
Məhkəmə qərarları › İş №8(077)-7/2022
Şuşa Rayon Məhkəməsi Qərardad — İş №8(077)-7/2022
23.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver