Məhkəmə qərarları › İş №8(077)-8/2022

Şuşa Rayon Məhkəməsi Qərardad — İş №8(077)-8/2022

23.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 8(077)-8/2022 23.06.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 iclas katibliyi ilə, Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi,ədliyyə müşaviri X1 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Şuşa Rayon İcra və Probasiya Şöbəsinin rəisi,ədliyyə müşaviri X5 təqdimatla məhkəməyə müraciət edərək,Borclu məhkəmə qərarı tam icra olunana qədər ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki,xx.xx.2018-ci il tarixli qərarla icraata başlamış olduğu Şuşa Rayon Məhkəməsi tərəfindən verilmiş 2(077)-392/2018 saylı,xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.1974-cü ildə Şuşa şəhərində anadan olmuş,Şuşa şəhəri,F.B.Köçərli küçəsi,ev 34 ünvanında qeydiyyatda olan Borclu 707,18 manat məbləğində borc və 20 manat dövlət rüsumu tutularaq Tələbkar1 ASC-nin xeyrinə ödənilməlidir. xx.xx.2020-ci il tarixli qərarla icraata başlamış olduğu Bakı şəhəri 25 saylı Notariat Kontorunun 8İ-2156 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.1974-cü ildə Şuşa şəhərində anadan olmuş,Şuşa şəhəri,F.B.Köçərli küçəsi,ev 34 ünvanında qeydiyyatda olan Borclu 268,50 manat məbləğində borc və 20 manat dövlət rüsumu tutularaq Tələbkar1 ASC-nin xeyrinə ödənilməlidir. xx.xx.2021-ci il tarixli qərarla icraata başlamış olduğu Bərdə Rayon Məhkəməsinin 2(021)-721/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.1974-cü ildə Şuşa şəhərində anadan olmuş,Şuşa şəhəri,F.B.Köçərli küçəsi,ev 34 ünvanında qeydiyyatda olan Borclu xx.xx.2019-cu il tarixdən başlayaraq 1 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar2 ödənilməlidir. Qeyd olunan icra sənədləri Şuşa Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Şuşa rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir.Borclu qərarın surəti və bildiriş göndərilərək zəruri ilkin icra hərəkətləri aparılsa da, Borclu tərəfindən uzun müddət keçməsinə baxmayaraq tələbin könüllü icrası təmin olunmamışdır.Göstərilənlərə əsasən icra sənədinin icrasını təmin etmək məqsədilə,Borclu ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Təqdimata baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq icra sənədi üzrə borclu,icra sənədi üzrə tələbkar və təqdimat vermiş şəxs məhkəməyə gəlməmiş,gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə təqdimata icra sənədi üzrə tələbkar, icra sənədi üzrə borclu və təqdimat vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki,Şuşa Rayon Məhkəməsinin 2(077)-392/2018 saylı,xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.1974-cü ildə Laçın rayonu,Xumarta kəndində anadan olmuş,Şuşa şəhəri,F.B.Köçərli küçəsi,ev 34 ünvanında qeydiyyatda olan,Bakı şəhəri,Xəzər rayonu,Mərdəkan qəsəbəsi,S.İsgəndərov küçəsi,“Raket” düşərgəsində məskunlaşan Borclu 490,63 manat əsas borc,216,55 manat komisyon haqqı olmaqla,cəmi 707,18 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq Tələbkar1 ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri 25 saylı Notariat ofisinin xüsusi notariusu X3 xx.xx.2020-ci il tarixli 8İ-2156 nömrəli icra qeydindən görünür ki,Bakı şəhəri,Nərimanov rayonu,X9,ev 42 ünvanında yerləşən Tələbkar1 ASC-nin xeyrinə Şuşa şəhəri,F.B.Köçərli küçəsi,ev 34 ünvanında qeydiyyatda olan Borclu DK4257722/14 nömrəli müqaviləyə əsasən ödənilməmiş 268,50 manat və 20 manat dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-721/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki,xx.xx.2018-ci il tarixli X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay bir uşağa 160 manat məbləğində aliment tutularaq Tələbkar2 verilməlidir. İş materiallarından görünür ki,hər bir icra sənədi üzrə borclunun ünvanına çağırış və bildiriş göndərilmiş,müvafiq qərarla icraata başlanılmış və tələbin könüllü icrası ilə bağlı Borclu dəfələrlə yazılı xəbərdarlıq olunmuşdur.Könüllü icra müddəti başa çatdıqdan sonra borclu yenidən şöbəyə dəvət olunsa da gəlməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, icra sənədi üzrə Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulmalıdır «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları,əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə,borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə hesab edir ki,Şuşa Rayon Məhkəməsinin 2(077)-392/2018 saylı, xx.xx.2018-ci il tarixli,Bakı şəhəri 25 saylı Notariat Kontorunun 8İ-2156 saylı xx.xx.2020-ci il tarixli və Bərdə Rayon Məhkəməsinin 2(021)-721/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyindən Borclu ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 261-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx.xx.1974-cü ildə Laçın rayonu,Xumarta kəndində anadan olmuş,Şuşa şəhəri,F.B.Köçərli küçəsi,ev 34 ünvanında qeydiyyatda olan və Bakı şəhəri,Xəzər rayonu,Mərdəkan qəsəbəsi,Ş.İsgəndərov küçəsi,“Raket” düşərgəsində yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın surəti təqdim edildiyi vəya alındığı gündən 10 (on) gün müddətində Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar