Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-105/2022 05.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-412/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli və 2(078)- 909/2021 nömrəli, 22 sentyabr 2021-ci il tarixli icra vərəqələrinin icrasını təmin etmək məqsədilə Borclu "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimata açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 təqdimatla məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)- 412/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli və 2(078)-909/2021 nömrəli, 22 sentyabr 2021-ci il tarixli icra vərəqələri üzrə borclu, xx xxxxxx 1990-cı il tarixdə Babək rayonu, Əliabad kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 təqdimatı müdafiə edərək izahatında, təqdimatda göstərilən xüsusatları bir daha qeyd edərək təmin olunmasını xahiş etdi. Kreditor Tələbkar1 Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş və borclu bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə müvafiq olaraq, işə kreditor Tələbkar1 Açıq Səhmdar Cəmiyyətinin, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və Borclu iştirakı olmadan baxılmışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-412/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli və 2(078)-909/2021 nömrəli, 22 sentyabr 2021-ci il tarixli icra vərəqələri üzrə borclu, xx xxxxxx 1990-cı il tarixdə Babək rayonu, Əliabad kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, təqdimat və ona əlavə olunmuş sənədlərdən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-412/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Borclu xx.xx.2020-ci il tarixli RGTK2487772A500 saylı kredit müqaviləsi üzrə 7062.51 (yeddi min altmış iki manat əlli bir qəpik) manat əsas, 1165.89 (bir min bir yüz altmış beş manat səksən doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 8228.4 (səkkiz min iki yüz iyirmi səkkiz manat qırx qəpik) manat məbləğində pulun tutularaq iddiaçı Tələbkar1 ASC-nin xeyrinə ödənilməsi, iddiaçı Tələbkar1 ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 102.28 (bir yüz iki manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumunun cavabdeh Borclu alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Borclu 01 iyul 2022-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş və 01 iyul 2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surəti qeydiyyatda olduğu ünvana göndərilmişdir. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)- 909/2021 nömrəli, 22 sentyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən, 1087.13 (bir min səksən yeddi manat, on üç qəpik) manat gecikdirilmiş faiz borcu, 1812.59 (bir min səkkiz yüz on iki manat, əlli doqquz qəpik) manat gecikdirilmiş əsas borc, 6.11 (altı manat, on bir qəpik) manat faiz borcu, 991.33 (doqquz yüz doxsan bir manat, otuz üç qəpik) manat əsas borc olmaqla, ümumilikdə 3897.16 (üç min səkkiz yüz doxsan yeddi manat, on altı qəpik) manat kredit borcunun müştərək qaydada cavabdehlər X4 və Borclu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun müştərək qaydada cavabdehlər X4 və Borclu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Borclu 23 sentyabr 2021-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş və 23 sentyabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surəti qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu barəsində müvafiq orqanlara verilmiş sorğulara əsasən adına tələbin yönəldilə biləcəyi daşınar və daşınmaz əmlak, hesablaşma hesabı olmaması, təqaüd almaması müəyyən olunmuşdur. Könüllü icra üçün müəyyən olunmuş müddətdə icra vərəqəsini üzrsüz səbəbdən icra etmədiyindən Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-412/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli və 2(078)-909/2021 nömrəli, 22 sentyabr 2021-ci il tarixli icra vərəqələri üzrə borclu, xx xxxxxx 1990-cı il tarixdə Babək rayonu, Əliabad kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: Təqdimat təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-412/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli və 2(078)-909/2021 nömrəli, 22 sentyabr 2021-ci il tarixli icra vərəqələri üzrə borclu, xx xxxxxx 1990-cı il tarixdə Babək rayonu, Əliabad kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №8(078)-105/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-105/2022
05.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver