Məhkəmə qərarları › İş №8(078)-107/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-107/2022

08.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-107/2022 08.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-212/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimata açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 təqdimatla məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)- 212/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli icra vərəqəsi üzrə borclu, xx xxxxxx 1989-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 təqdimatı müdafiə edərək izahatında, təqdimatda göstərilən xüsusatları bir daha qeyd edərək təmin olunmasını xahiş etdi. Tələbkar və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş və borclu bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə müvafiq olaraq, işə Tələbkar və Borclu iştirakı olmadan baxılmışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-212/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli icra vərəqəsi üzrə borclu, xx xxxxxx 1989-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, təqdimat və ona əlavə olunmuş sənədlərdən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)- 212/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli icra vərəqəsinə əsasən, 13 yanvar 2022-ci il tarixdən hesablanmaqla, 27 avqust 2013-cü il təvəllüdlü X2 və 21 iyun 2015-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu hər ay 1 uşaq üçün 130 (yüz otuz) manat olmaqla, ümumilikdə isə iki uşaq üçün 260 (iki yüz altmış) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq, uşaqların anası Tələbkar ödənilməsi, müvəqqəti aliment tutulması barədə qərardad əsasında cavabdeh tərəfindən qətnamənin qəbul edildiyi, yəni 20 iyun 2022-ci il tarixədək ödənilmiş aliment məbləğinin nəzərə alınması, Naxçıvan Şəhər Məhkəməsinin 17 mart 2022-ci il tarixli, e-2(078)-212/2022 nömrəli müvəqqəti aliment tutulması barədə qərardadı ilə müəyyən edilmiş müvəqqəti aliment tutulmasının ləğv edilməsi qət edilmişdir. Borclu 21 iyun 2022-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş və 21 iyun 2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surəti qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu barəsində müvafiq orqanlara verilmiş sorğulara əsasən adına tələbin yönəldilə biləcəyi daşınar və daşınmaz əmlak, hesablaşma hesabı olmaması, təqaüd almaması müəyyən olunmuşdur. Könüllü icra üçün müəyyən olunmuş müddətdə icra vərəqəsini üzrsüz səbəbdən icra etmədiyindən Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-212/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli icra vərəqəsi üzrə borclu, xx xxxxxx 1989-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: Təqdimat təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-212/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli icra vərəqəsi üzrə borclu, xx xxxxxx 1989-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar