Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-107/2023 12.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-608/2022 nömrəli, 08 avqust 2022-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu "məcburi gətirilməsi” haqqında təqdimata açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)- 608/2022 nömrəli, 08 avqust 2022-ci il tarixli icra vərəqəsi üzrə borclu, xx xxxxxxx 1979-cu il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyatda olan Borclu məcburi gətirilməsinə dair məsələyə baxılmasını xahiş etmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 təqdimatı müdafiə edərək izahatında, təqdimatda göstərilən xüsusatları bir daha qeyd edərək təmin olunmasını xahiş etdi. Tələbkar və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. İşə tələbkarın və borclunun iştirakı olmadan baxılmışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar borclu Sultanov X3 Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Belə ki, təqdimat və ona əlavə olunmuş sənədlərdən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-608/2022 nömrəli, 08 avqust 2022-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu 3000 (üç min) manat məbləğində borc və ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3050 (üç min əlli) manat məbləğində pulun alınaraq, Tələbkar qaytarılması qət edilmişdir. Borclu 09 avqust 2022-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş və 09 avqust 2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surəti qeydiyyatda olduğu ünvana göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, borclu Sultanov X3 Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-608/2022 nömrəli, 08 avqust 2022-ci il tarixli icra vərəqəsi üzrə tələbin könüllü icrası barədə bildirişə baxmayaraq, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə gəlməkdən, eləcə də, icra sənədi üzrə müəyyən edilmiş borcu ödəməkdən üzrsüz səbəbdən yayındığından, o, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki-Prosessual Məcəllənin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: Təqdimat təmin edilsin. xx xxxxxxx 1979-cu il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyatda olan Sultanov X3 Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Naxçıvan Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №8(078)-107/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-107/2023
12.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver