Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-107/2024 26.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ X6 Xanlar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-86/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclular Borclu2 və Borclu1 "məcburi gətirilməsi” haqqında təqdimata açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X7 təqdimatla məhkəməyə müraciət edərək, borclular Borclu2 və Borclu1 məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Tələbkar, borclular Borclu2 və Borclu1 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. İşə icra məmurunun, tələbkarın və borcluların iştirakı olmadan baxılmışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar borclular Borclu2 və Həsənova X2 Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Belə ki, təqdimat və ona əlavə olunmuş sənədlərdən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-86/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli icra vərəqəsinə əsasən, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-86/2023 nömrəli, 24 may 2023cü il tarixli qətnaməsi ilə cavabdehlər Borclu2, Borclu1 və X3 ümumilikdə 19155 (on doqquz min yüz əlli beş) manat pul alınıb iddiaçı Tələbkar verilməsi, iddiaçı Tələbkar tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 18391 nömrəli qəbzlə ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumunun cavabdehlər Borclu2, Borclu1 və X3 alınıb iddiaçıya qaytarılması qət edilmişdir. Borclular Borclu2 və Borclu1 25 iyul 2023-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş və 25 iyul 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surəti qeydiyyatda olduqları ünvana göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, borclular Borclu2 və Həsənova X2 Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-86/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli icra vərəqəsi üzrə tələbin könüllü icrası barədə bildirişə baxmayaraq, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə gəlməkdən, eləcə də, icra sənədi üzrə müəyyən edilmiş borcu ödəməkdən üzrsüz səbəbdən yayındıqlarından, onlar Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: Təqdimat təmin edilsin. xx xxxxxxxx 1994-cü il tarixdə Babək rayonu, Qaraxanbəyli kəndində anadan olmuş, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan Borclu2 və xx xxx 1987-ci il tarixdə Babək rayonu, Qaraxanbəyli kəndində anadan olmuş, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan borclu Həsənova X2 Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Naxçıvan Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №8(078)-107/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-107/2024
26.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver