Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-111/2022 18.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ X1 Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi ilə, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru N.Bayramlının 131460/2022 nömrəli xx.xx.2022-ci il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru N.Bayramlı 131460/2022 nömrəli xx.xx.2022-ci il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatla məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-388/2022 nömrəli 26 aprel 2022-ci il tarixli qətnaməsi əsasında 10 iyun 2022-ci il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar Borclu1, Borclu2 və Borclu3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə Tələbkar, borclular Borclu1, Borclu2, Borclu3 və təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər və təqdimat verən orqanın nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə Tələbkar, borclular Borclu1, Borclu2, Borclu3 və təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-388/2022 nömrəli 26 aprel 2022-ci il tarixli qətnaməsi əsasında 10 iyun 2022-ci il tarixdə verilmiş icra vərəqəsinin icra olunması məqsədilə borclular Borclu1, Borclu2, Borclu3 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 388/2022 nömrəli 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə iş üzrə cavabdehlər Borclu1, Borclu2 və Borclu3 müştərək qaydada 900 (bir min iki yüz) manat məbləğində pul alınaraq iş üzrə iddiaçı Tələbkar verilməsi, iddiaçı Tələbkar tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 23144 nömrəli qəbzlə ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu cavabdehlər Borclu1, Borclu2 və Borclu3 müştərək qaydada tutularaq iddiaçıya qaytarılması qət olunmuş, qətnamə 10 iyun 2022-ci il tarixdə qanuni qüvvəsini almış və icra vərəqəsi həmin tarixdə icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi əsasında verilmiş icra sənədi Borclu1, Borclu2 və Borclu3 tərəfindən icra edilməmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Təqdimata əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli, 131460/2022 nömrəli məktubunun surətindən məlum olur ki, həmin məktubla Naxçıvan MR Daşınmaz Əmlakın və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə, Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Naxçıvan şəhər şöbəsinə, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə, Naxçıvan MR DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Bölməsinə icraatda olan icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu1, Borclu2 və Borclu3 adına daşınmaz əmlakın olub-olmaması və təqaüd alıb-almaması ilə bağlı sorğu verilmişdir. Həmin sorğuya Naxçıvan MR DSMF-nun Naxçıvan şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli 02/1008 nömrəli məktubundan məlum olmuşdur ki, Borclu1, Borclu2 və Borclu3 şöbədə qeydiyyatda durmur, heç bir növ pensiya almır. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər ƏSMM-nin xx.xx.2022-ci il tarixli 02/339 nömrəli məktubundan məlum olmuşdur ki, Borclu1, Borclu2 və Borclu3 mərkəzin qeydiyyatında durmur, heç bir növ müavinət və təqaüd almır. Naxçıvan MR DSMF PHŞ Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 01/260 nömrəli məktubundan məlum olmuşdur ki, Borclu1, Borclu2 və Borclu3 mərkəzin qeydiyyatında durmur və heç bir müavinət və təqaüd almır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 04/391 nömrəli məktubundan məlum olmuşdur ki, Borclu1, Borclu2 və Borclu3 adına adına daşınmaz əmlak qeydə alınmamışdır. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış məlumatda borclular Borclu1, Borclu2 və Borclu3 adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunan sorğuya verilən cavablardan da belə məlum olur ki, borclular Borclu1, Borclu2 və Borclu3 verilmiş icra vərəqəsi üzrə borc məbləğinin məcburi icra olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülmüşdür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru N.Bayramlının 131460/2022 nömrəli xx.xx.2022-ci il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatı əsaslı olduğu üçün təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 204, 263-264 və 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru N.Bayramlının 131460/2022 nömrəli xx.xx.2022-ci il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatı təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-388/2022 nömrəli 26 aprel 2022-ci il tarixli qətnaməsi əsasında 10 iyun 2022-ci il tarixdə verilmiş icra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclular Borclu1, Borclu2 və Borclu3 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №8(078)-111/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-111/2022
18.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver