Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-115/2023 19.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı tələbkar X2 Borclu qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-221/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın geri qaytarılmasına dair icra məmurunun ərizəsinə baxaraq müəyyənetdim: Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-221/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Borclu 19 yanvar 2023-cü il tarixdən hesablanmaqla hər ay sabit məbləğdə 200 (iki yüz) manat miqdarında alimentin tutularaq 05 oktyabr 2013-cü il təvəllüdlü X1 üçün X2 xeyrinə ödənilməsi qət edilmişdir. 12 sentyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və X4 Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək təqdimatda Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-221/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1983-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 19 yanvar 2023-cü il tarixdən hesablanmaqla hər ay sabit məbləğdə 200 (iki yüz) manat miqdarında alimentin tutularaq 05 oktyabr 2013-cü il tarixdə doğulmuş X1 üçün X2 xeyrinə ödənilməli olduğunu, qeyd olunan icra sənədinin xx.xx.2023-cü il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə daxil olduğunu və qanunamüvafiq qaydada icraya yönəldiyini, icraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surətinin bildirişlə birlikdə icra sənədi üzrə Borclu təqdim edildiyini, borcluya tələbin könüllü təmin edilməsinin təklif olunduğunu və tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsi barədə xəbərdarlıq edildiyini, lakin borclunun tələbi könüllü təmin etmədiyini, sentyabr ayı daxil olmaqla 1679 (min altı yüz yetmiş doqquz) manat aliment borcunun yarandığını, icra sənədi üzrə icra hərəkətləri həyata keçirilərkən borclunun adına tələbin yönəldilə biləcəyi gəlir və əmlakın müəyyən edilmədiyini, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məcburi icra tədbirinin tətbiq edilməsinin məqsədəmüvafiq olduğunu qeyd etmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X3 19 sentyabr 2023-cü il tarixdə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-221/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair xx.xx.2023-cü il tarixli təqdimatın "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən baxılması üçün məhkəməyə göndərildiyini bildirərək borclu barəsində göndərilmiş təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, icra məmurunun borclu barəsində məhkəməyə təqdim etdiyi borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın geri qaytarılması barədə müraciəti əsaslıdır. Müraciət əsaslı sayıldığından onun hüquqi həlli ilə bağlı məhkəmə bildirir ki, təqdimatlara baxılması qaydası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə tənzimlənsə də, həmin Məcəllə ilə hazırki məsələnin hüquqi həlli tənzimlənmir. Bu vəziyyətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinin – “barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 13.2-ci maddəsinin –“əvvəlcə qanunun analogiyasından istifadə olunur, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir” normalarını rəhbər tutmaqla yuxarıda qeyd olunan məsələ həll edilməlidir. Məhkəmə qeyd edir ki, təqdimatın geri qaytarılması barədə müraciətə baxılmasının hüquqi həlli ilə bağlı Azərbaycan Respublikası “İcra haqqında” Qanunu və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində müvafiq prosessual hüquq norması olmadığından, həmin Qanunun 1.1-ci və Mülki-Prosessual Məcəllənin 13.4-cü maddələrinin tələbini nəzərə almaqla həmin Məcəllənin icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçının iddia ərizəsinin qaytarılmasına dair müraciətinə baxılmasını nizamlayan hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.9-cu maddələrinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki vəziyyətdə icra məmuru təqdimatın geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, təqdimat və ona əlavə edilmiş sənədlər icra məmuruna geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: X2 Borclu qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-221/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat ona əlavə edilmiş sənədlərlə birlikdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan, qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №8(078)-115/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-115/2023
19.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver