Məhkəmə qərarları › İş №8(078)-116/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-116/2024

30.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-116/2024 30.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi ilə, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 145130/2023 nömrəli xx.xx.2024-cü il tarixli borclunun əmlakının üzərinə həbs qoyulması haqqında təqdimatına Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru N.Bayramlı 145130/2023 nömrəli xx.xx.2024-cü il tarixli borclunun əmlakının üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)- 507/2023 nömrəli 25 aprel 2023-cü il tarixli qətnaməsi əsasında 24 iyun 2023-cü il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar Borclu əmlakının üzərinə həbs qoyulmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Borclu və təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər və təqdimat verən orqanın nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin, Borclu və təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-507/2023 nömrəli 25 aprel 2023-cü il tarixli qətnaməsi əsasında 24 iyun 2023-cü il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, sözügedən qətnamə ilə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2023 (iki min iyirmi üç) manat əsas borc, 202 (iki yüz iki) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 455 (dörd yüz əlli beş) manat əsas borc, 45 (qırx beş) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə, 153 (yüz əlli üç) manat əsas borc, 15 (on beş) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 120 (yüz iyirmi) manat əsas borc, 12 (on iki) manat cərimə olmaqla ümumilikdə 3025 (üç min iyirmi beş) manat məbləğində pul cavabdeh Borclu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi, iş üzrə cavabdeh Borclu 50.25 (əlli manat iyirmi beş qəpik) manat miqdarında dövlət rüsumunun alınaraq iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmiş, qətnamə 18 iyun 2023-cü il tarixdə qanuni qüvvəsini almış və icra vərəqəsi 24 iyun 2023-cü il tarixdə icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru N.Bayramlının 145130/2023 nömrəli xx.xx.2024-cü il tarixli borclunun əmlakının üzərinə həbs qoyulması haqqında təqdimatını nəzərdən keçirib hesab edirəm ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun X2 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalıdır. Məhkəmə yuxarıda qeyd edilən istər yerli, istərsə də beynəlxalq presedentlərin mövcud təcrübələrində formalaşmış hüquqi mövqeyə uyğun olaraq hesab edir ki, əmlak üzərinə həbs qoyulması icra sənədinə mütənasib olmalıdır. Təqdimatdan aydın olur ki, borcun məbləği 3075.25 manatdır. Üzərinə həbs qoyulması tələb edilən əmlak 2021-ci il buraxılışlı Mersedes Benz ML350 minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobildir. İcra sənədindən və təqdimatdan borcun məbləği ilə üzərinə həbs qoyulmalı olan əmlakın açıq-aşkar qeyri mütənasib olduğu mübahisəsizdir. Belə olan halda təqdimat təmin edilə bilməz. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 159, 163, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərarverdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru N.Bayramlının 145130/2023 nömrəli xx.xx.2024-cü il tarixli borclunun əmlakının üzərinə həbs qoyulması haqqında təqdimatı təmin edilməsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar