Məhkəmə qərarları › İş №8(078)-118/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-118/2022

09.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-118/2022 09.09.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru V.Quliyevin 167430/2022 nömrəli xx.xx.2022-ci il tarixli borclunun əmlakının üzərinə həbs qoyulması haqqında təqdimatına Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru V.Quliyev 167430/2022 nömrəli xx.xx.2022-ci il tarixli borclunun əmlakının üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-266/2022 nömrəli 26 iyul 2022-ci il tarixli qətnaməsi əsasında 27 iyul 2022-ci il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar Borclu əmlakının üzərinə həbs qoyulmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə Tələbkar, Borclu və təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər və təqdimat verən orqanın nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə Tələbkar, Borclu və təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və Borclu məxsus olan istehsal ili 2010, ağ rəngli universal tipli, G4KDAU109289 mühərrik nömrəli, KMHJU81BBBU168372 ban nömrəli, modeli HYUNDAİ İX-35 minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Belə ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-266/2022 nömrəli 26 iyul 2022-ci il tarixli qətnaməsi ilə Borclu 07 fevral 2022-ci il tarixdən hesablanmaqla hər ay sabit məbləğdə 100 (bir yüz) manat miqdarında aliment tutularaq 08 iyun 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Tələbkar ödənilməsi qət edilmiş və həmin tarixdə qətnamənin alimentə dair hissədə dərhal icra olunması üçün icra vərəqəsi çıxarılaraq icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxt ərzində Borclu tərəfindən tam icra edilməmiş və xx.xx.2022-ci il tarixədək icra sənədi üzrə 700 manat borcu yaranmışdır. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış xx.xx.2022-ci il tarixli məlumatda Borclu adına istehsal ili 2010, ağ rəngli universal tipli, G4KDAU109289 mühərrik nömrəli, KMHJU81BBBU168372 ban nömrəli, modeli HYUNDAİ İX-35 minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil olduğu müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən İcraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunın əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.3-cü maddəsinə əsasən borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya borclunun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən qoyulmuş məhdudiyyətlərə əməl olunmaması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru icra məmuru V.Quliyevin 167430/2022 nömrəli xx.xx.2022-ci il tarixli əmlakın üzərinə həbs qoyulması haqqında təqdimatı əsaslı olduğu üçün təmin olunmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası MPM-in 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Təqdimat əsaslı olduğundan təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-266/2022 nömrəli 26 iyul 2022-ci il tarixli qətnaməsi əsasında 27 iyul 2022-ci il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar Borclu məxsus olan istehsal ili 2010, ağ rəngli universal tipli, G4KDAU109289 mühərrik nömrəli, KMHJU81BBBU168372 ban nömrəli, modeli HYUNDAİ İX-35 minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar