Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-12/2025 14.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə Tələbkar Bank Olmayan Kredit Təşkilatı ASC-nin Borclu qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin e- 2(078)-898/2024 saylı, 18 noyabr 2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-898/2024 saylı, 29 avqust 2024-cü il tarixli qətnaməsi ilə 10727.81 (on min yeddi yüz iyirmi yeddi manat səksən bir qəpik) manat əsas borc, 268.68 (iki yüz altmış səkkiz manat altmış səkkiz qəpik) manat faiz borcu, 536.39 (beş yüz otuz altı manat otuz doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 11532.88 (on bır min beş yüz otuz iki manat səksən səkkiz qəpik) manat məbləğində pulun Borclu tutularaq Tələbkar Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməsi və iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 162.90 (bir yüz altmış iki manat doxsan qəpik) manat dövlət rüsumunun 77.38 (yetmiş yeddi manat otuz səkkiz qəpik) manat hissəsinin Borclu tutularaq Tələbkar Bank Olmayan Kredit Təşkilatı ASC-yə verilməsi qət edilmişdir. “09” yanvar 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və X2 Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək təqdimatda xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 898/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu xx.xx.1980-ci ildə ünvan 1 ünvanında yaşayan Borclu 11610.26 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "xxxx" BOKT ASC-nin xeyrinə ödənilməli olduğunu, icra sənədinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə daxil olduğunu və qanuna müvafiq qaydada icraya yönəldildiyini, icraata başlamaq haqqında qərar qəbul olunaraq, surətinin bildirişlə bərabər icra sənədi üzrə Borclu göndərildiyini, borclunun icra sənədi üzrə tələbi könüllü təmin etmədiyini, borclu barəsində məcburi icra tədbirlərinin təyin edildiyini, borclunun əmlak və gəlirlərini yoxlamaq məqsədilə müvafiq sorğular verildiyini, Borclu adına ünvan 2 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinin (qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********71-06301) olduğunun müəyyən edildiyini, yuxarıda göstərilənləri və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu adına ünvan 2 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinin (qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********71-06301) üzərinə həbs qoyulmasına dair qərardad verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Tələbkar Bank Olmayan Kredit Təşkilatı ASCyə və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq Tələbkar Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsinin və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə Borclu məlumat verilməsinə baxmayaraq borclu məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq Borclu iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə olunmuş 18 noyabr 2024-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-898/2024 saylı, 29 avqust 2024-cü il tarixli qətnaməsi ilə 10727.81 (on min yeddi yüz iyirmi yeddi manat səksən bir qəpik) manat əsas borc, 268.68 (iki yüz altmış səkkiz manat altmış səkkiz qəpik) manat faiz borcu, 536.39 (beş yüz otuz altı manat otuz doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 11532.88 (on bır min beş yüz otuz iki manat səksən səkkiz qəpik) manat məbləğində pulun Borclu tutularaq Tələbkar Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməsi və iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 162.90 (bir yüz altmış iki manat doxsan qəpik) manat dövlət rüsumunun 77.38 (yetmiş yeddi manat otuz səkkiz qəpik) manat hissəsinin Borclu tutularaq Tələbkar Bank Olmayan Kredit Təşkilatı ASC-yə verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 20 noyabr 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-898/2024 saylı, 18 noyabr 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Borclu 20 noyabr 2024-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş Elektron icra informasiya sistemindən çıxarılmış xx.xx.2025-ci il tarixə olan məlumatdan müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsi (qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********71-06301) Borclu adına qeydiyyatdadır. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü maddəsində məcburi icra tədbirlərinin tətbiqinin əsasları müəyyən olunmuşdur. Həmin maddənin tələbinə əsasən məcburi icra tədbirlərinin tətbiq edilməsi üçün həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədi icra məmuruna təqdim olunmalı, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilməli və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçməlidir. Bunlardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 6.1 və 6.1.1-ci maddələrinin tələbinə əsasən məhkəmə qərarları əsasında verilən icra vərəqələri icra sənədi sayılır. İş materiallarına əlavə edilmiş 20 noyabr 2024-cü il tarixli qərardan məlum olur ki, icra sənədi sayılan və yuxarıda qeyd edilən icra vərəqəsi xx.xx.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə daxil olmuş və 20 noyabr 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin qərardan isə o da aydın olur ki, borcluya tələbin 10 gün müddətində könüllü surətdə icra olunması təklif olunmuşdur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində məcburi icra tədbirlərinin növləri qeyd edilmişdir. Həmin Qanun 43.1.1-ci maddəsindən aydın olur ki, bu tədbirlərdən biri də icra xidmətinin borclunun barəsində tətbiq edilməsini istədiyi onun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə belə qeyd ki, hazırki vəziyyətdə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirinin tətbiq edilməsi üçün «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü maddəsində qeyd olunan əsaslar mövcuddur. Lakin təqdimata mütənasiblik prinsipinin tələbləri baxımından yanaşılaraq nəzərə almaq lazımdır ki, hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə hüquqa müdaxilənin yol verilən hesab edilməsi üçün onun qanuni məqsədə yönəlməsi özündə kifayət deyil, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazılığa da əməl olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Bunlardan biri olan “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayəti üzrə” 2017ci il 26 may tarixli qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Belə olan halda Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-898/2024 saylı, 18 noyabr 2024-cü il tarixli icra sənədi ilə tutulmalı olan məbləğlə, üzərinə həbs qoyulmalı əmlakı mütənasiblik prinsipinin tələbləri baxımından nəzərə aldıqda müəyyən edilir ki, bu Borclu hüquqlarının həddən artıq məhrumiyyətə məruz qalması ilə nəticələnir və ağlabatan mütənasiblik gözlənilmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Borclu mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması barədə Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin təqdimatı rədd olunmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Borclu mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması barədə Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin təqdimatı rədd olunsun. Qərardaddan, qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №8(078)-12/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-12/2025
14.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver