Məhkəmə qərarları › İş №8(078)-121/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-121/2024

15.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-121/2024 15.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ X2 Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi ilə, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 97010/2024 nömrəli xx.xx.2024-cü il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru N.Bayramlı 97010/2024 nömrəli xx.xx.2024-cü il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatla məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-159/2024 nömrəli 05 fevral 2024-cü il tarixli qətnaməsi əsasında 19 mart 2024-cü il tarixdə verilmiş icra vərəqəsinin və Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)- 642/2024 nömrəli 10 may 2024-cü il tarixli qətnaməsi əsasında 14 iyun 2024-cü il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tələbkar «X3» Açıq Səhmdar Cəmiyyətinə, Borclu və təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər və təqdimat verən orqanın nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə tələbkar «X3» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin, Borclu və təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-159/2024 nömrəli 05 fevral 2024-cü il tarixli qətnaməsi əsasında 19 mart 2024-cü il tarixdə verilmiş icra vərəqəsinin və Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-642/2024 nömrəli 10 may 2024-cü il tarixli qətnaməsi əsasında 14 iyun 2024-cü il tarixdə verilmiş icra vərəqəsinin icra olunması məqsədilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 159/2024 nömrəli 05 fevral 2024-cü il tarixli qətnaməsi ilə 06 mart 2023-cü il tarixli, 85nkAHM/23 nömrəli kredit müqaviləsi üzrə 5000 (beş min) manat əsas, 616.63 (altı yüz on altı manat altmış üç qəpik) manat faiz və 45.18 (qırx beş manat on səkkiz qəpik) manat cərimə olmaqla cəmi 5661.81 (beş min altı yüz altmış bir manat səksən bir qəpik) manat məbləğində pul cavabdeh Borclu tutularaq «X3» Açıq Səhmdar Cəmiyyətinə verilməsi, iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 77.77 (yetmiş yeddi manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumunun 76.22 (yetmiş altı manat iyirmi iki qəpik) manat hissəsi cavabdeh Borclu tutularaq iş üzrə iddiaçı «X3» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmiş, qətnamə 16 mart 2024-cü il tarixdə qanuni qüvvəsini almış və icra vərəqəsi 19 mart 2024-cü tarixdə icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Belə ki, iş materiallarından görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)- 642/2024 nömrəli 10 may 2024-cü il tarixli qətnaməsi ilə Borclu xx.xx.2022-ci il tarixli müqavilə üzrə 750 (yeddi yüz əlli) manat əsas, 95.48 (doxsan beş manat qırx səkkiz qəpik) manat faiz, 5.38 (beş manat otuz səkkiz qəpik) manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 850.86 (səkkiz yüz əlli manat səksən altı qəpik) manat məbləğində borc iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması, "xxxx" KB ASC tərəfindən xx.xx.2024-cü il tarixdə X4 ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh Borclu alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmiş, qətnamə 14 iyun 2024-cü il tarixdə qanuni qüvvəsini almış və icra vərəqəsi həmin tarixdə icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi əsasında verilmiş icra sənədi Borclu tərəfindən təmin edilməmişdir. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış məlumatda Borclu adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunan sorğuya verilən cavablardan da belə məlum olur ki, Borclu verilmiş icra vərəqəsi üzrə borc məbləğinin məcburi icra olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülmüşdür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru N.Bayramlının 97010/2024 nömrəli xx.xx.2024-cü il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatı əsaslı olduğu üçün təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 204, 263-264 və 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru N.Bayramlının 97010/2024 nömrəli xx.xx.2024-cü il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatı təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-159/2024 nömrəli 05 fevral 2024-cü il tarixli qətnaməsi əsasında 19 mart 2024-cü il tarixdə verilmiş icra vərəqəsinin və Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-642/2024 nömrəli 10 may 2024-cü il tarixli qətnaməsi əsasında 14 iyun 2024-cü il tarixdə verilmiş icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar