Məhkəmə qərarları › İş №8(078)-124/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-124/2024

22.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-124/2024 22.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Borclu və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X2 iştirakları ilə, Tələbkar Borclu qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-199/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-199/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 15.750 (on beş min yeddi yüz əlli) manat məbləğində pulun cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməsi və iş üzrə cavabdeh Borclu 137 (bir yüz otuz yeddi) manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq iş üzrə iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. 09 avqust 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və X3 Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək təqdimatda icraatda olan Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-199/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1977-ci ildə Naxçıvan şəhərində doğulmuş, Naxçıvan şəhəri, Nizami 48/32 ünvanında qeydiyyatda olan Borclu 15887 manat pul vəsaiti alınaraq Tələbkar xeyrinə ödənilməli olduğunu, qeyd olunan icra sənədinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə daxil olduğunu və qanunamüvafiq qaydada icraya yönəldildiyini, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surətinin bildirişlə Borclu göndərildiyini, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün ona 10 (on) gün könüllü müddət müəyyən edildiyini, lakin borclunun icra sənədində olan tələbi könüllü təmin etmədiyini, tələbin təmin edilməsindən yayınmış borclunun adına tələbin yönəldilə biləcəyi əmlak müəyyən edilmədiyini, aylıq 220 manat pensiya aldığının məlum olduğunu, lakin borclunun pensiyasının 50% hissəsi icra sənədi üzrə tələbi tam təmin etmək üçün yetərli olmadığını, yuxarıda göstərilənləri nəzərə alaraq icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məcburi icra tədbirinin tətbiq edilməli olduğunu, göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə Tələbkar məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq tələbkarın iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X4 cinayət işi olduğunu, Nailin səhətti ilə əlaqədar olaraq cəzanı çəkə bilmədiyi üçün müraciət etdiyini, borcunun çox olduğunu, 15000 borcu olduğu üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalı olduğunu, həmçinin borclunun 1500 manat miqdarında başqa borcu da olduğunu, borclunun 220 manat pensiya aldığını, ancaq həmin pulun 50%-nə tələbin yönəldilə biləcəyini, elə olduqda da hər icra sənədi üzrə 50 manat qədər ödəniş oluna biləcəyini, bunun da az olduğunu bildirərək təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu imkanı olmadığını, hissə-hissə ödəmək istədiyini, ona köməklik edilməsini istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanunun bu tələbindən aydın görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat üç şərt mövcud olduqda məhkəmə tərəfindən təmin oluna bilər. Belə ki, icra sənədi pul tələbi ilə bağlı olmalı, bu icra sənədi üzrə borcluya könüllü icra üçün vaxt verilməli və sonda isə borclu tərəfindən icra sənədinin icra edilməməsi üçün səbəb üzürsüz olmalıdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, hazırki təqdimatın təmin olunması üçün lazım olan şərtlərin hamısı mövcuddur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsində qeyd olunur ki, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli 2-N nömrəli Kollegiya qərarı ilə təsdiq olunmuş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2 və 2.2.1-ci bəndində isə qeyd olunur ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünü idarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Məhkəməyə təqdim olunan təqdimat və ona əlavə edilən sənədlərdən aydın olur ki, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası üçün bildiriş Borclu göndərilmişdir. Həmçinin icraata başlamaq haqqında qərarın məzmunundan o da aydın olur ki, borcluya tələbin könüllü surətdə 10 gün müddətində icra olunması təklif olunmuşdur. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci bəndinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Yuxarıda qeyd olunan Təlimatın 2.4-cü bəndində qeyd olunur ki, təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın, könüllü icra üçün verilmiş müddət barədə bildiriş, onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. İcra xidməti tərəfindən yuxarıda qeyd olunan normanın tələbində qeyd olunanlar yerinə yetirilərək icra hərəkətlərinin yerinə yetirilməsini təsdiq edən sənədlər təqdimata əlavə olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmin qanunun 65.2-ci maddəsinə əsasən tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qeyd edir ki, borclunun 220 manat məbləğində pensiyası olsa da borcun məbləği çox olduğundan həmçinin həmin pensiyaya 50 faizdən çox tutma tətbiq oluna bilməyəcəyindən və həmin məbləğlə borcun icrasının uzun müddət çəkəcəyindən onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalıdır. İş materiallarında olan icra işi üzrə elektron sorğudan görünür ki, borclunun heç bir əmlakı müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin təqdimatı təmin olunmalı; - Tələbkar Borclu qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-199/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı xx.xx.1977-ci ildə Naxçıvan şəhərində doğulmuş, Naxçıvan şəhəri, Nizami ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı; -Qərardadın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.2-ci maddəsinin tələbinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.4, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin təqdimatı təmin olunsun. Tələbkar Borclu qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-199/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı xx.xx.1977-ci ildə Naxçıvan şəhərində doğulmuş, Naxçıvan şəhəri, Nizami ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan, qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar