Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-127/2024 23.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ X5 Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi ilə, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 213608/2023-58-17-004 nömrəli xx.xx.2024-cü il tarixli “Borclunun məcburi gətirilməsi” haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru T.Abdullayeva 213608/2023-58-17-004 nömrəli xx.xx.2024-cü il tarixli “Borclunun məcburi gətirilməsi” haqqında təqdimatla məhkəməyə müraciət edərək, Naxçıvan “Asan Xidmət” mərkəzində notariat ofisinin 06 sentyabr 2023-cü il tarixli 8İ-6376 nömrəli icra qeydinin və Babək Rayon Məhkəməsinin e-2(079)-476/2023 nömrəli 05 oktyabr 2023-cü il tarixli qətnaməsi əsasında verilmiş 22 noyabr 2023-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsinə dair məsələyə baxılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tələbkarlar "xxxx" ASC-nə, "xxxx" Qeyribank Kredit Təşkilatı MMC-nə, Borclu və təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər və təqdimat verən orqanın nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə tələbkarlar "xxxx" ASC-nin nümayəndəsinin, "xxxx" Qeyri-bank Kredit Təşkilatı MMC-nin nümayəndəsinin, Borclu və təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və Naxçıvan “Asan Xidmət” mərkəzində notariat ofisinin 06 sentyabr 2023-cü il tarixli 8İ-6376 nömrəli icra qeydinin və Babək Rayon Məhkəməsinin e-2(079)-476/2023 nömrəli 05 oktyabr 2023-cü il tarixli qətnaməsi əsasında verilmiş 22 noyabr 2023-cü il tarixli icra vərəqəsinin icra olunması məqsədilə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi gətirilməlidir. Belə ki, iş materiallarından görünür ki, Naxçıvan “Asan Xidmət” mərkəzində notariat ofisinin 06 sentyabr 2023-cü il tarixli 8İ-6376 nömrəli icra qeydinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ******* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 4791.48 manat, həmçinin 25 manat dövlət rüsumu olmaqla ümumilikdə 4816.48 manat pulun alınaraq ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nə ödənilməsi göstərilmiş və icra qeydi icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Eyni zamanda Babək Rayon Məhkəməsinin e-2(079)-476/2023 nömrəli 05 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il tarixli **********3800 nömrəli müqavilə üzrə 11198 manat əsas, 1242.9 manat faiz borcu olmaqla ümumilikdə 12440.9 manat məbləğində kredit borcu və 119.04 manat dövlət rüsumu X4, X1, X3 və Borclu müştərək qaydada tutularaq "xxxx" Qeyri-bank Kredit Təşkilatı MMC-nə ödənilməsi qət edilmiş, qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2023-cü il tarixdə icra vərəqəsi çıxarılaraq icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi əsasında verilmiş icra sənədləri Borclu tərəfindən icra edilməmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Borclu müxtəlif vaxtlarda tələbi icra etmək məqsədi ilə rəsmi xəbərdarlıqlar edilərək nəzərinə catdırılmışdır ki, məhkəmə qətnaməsində qeyd olunan məbləği tələbkara ödəmədiyi halda hərəkətləri icra sənədinin icrasından qərəzli boyun qacırma kimi qiymətləndiriləcəkdir. Bundan başqa bir necə dəfə ona bildiriş göndərməklə onu icra şöbəsinə dəvət etmişlər. Lakin Borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmiş və icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə borclunun məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunan sənədlərdən də belə məlum olur ki, Borclu verilmiş icra vərəqəsi üzrə borc məbləğinin məcburi icra olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə onqarları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqı, onların vəzifəli şəxsləri həmçinin fiziki və hüquqi şəxslər ücün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmamsı, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsində göstərilir ki, icra məmurunun cağrışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru T.Abdullayevanın 213608/2023-58-17-004 nömrəli xx.xx.2024-cü il tarixli “Borclunun məcburi gətirilməsi” haqqında təqdimatı əsaslı olduğu üçün təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 204, 263-264 və 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru T.Abdullayevanın 213608/2023- 58-17-004 nömrəli xx.xx.2024-cü il tarixli “Borclunun məcburi gətirilməsi” haqqında təqdimatı təmin edilsin. Naxçıvan “Asan Xidmət” mərkəzində notariat ofisinin 06 sentyabr 2023-cü il tarixli 8İ- 6376 nömrəli icra qeydinin və Babək Rayon Məhkəməsinin e-2(079)-476/2023 nömrəli 05 oktyabr 2023-cü il tarixli qətnaməsi əsasında verilmiş 22 noyabr 2023-cü il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinə tapşırılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №8(078)-127/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-127/2024
23.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver