Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-130/2025 24.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, Tələbkar Abbasova (Əkbərova) Aygül Qəzənfər qızının Borclu qarşı sabit pul məbləğində alimentin indeksasiya olunması tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Tələbkar Abbasova (Əkbərova) Aygül Qəzənfər qızı Borclu qarşı sabit pul məbləğində alimentin indeksasiya olunması tələbinə dair ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(078)-314/2022 nömrəli qətnaməsi ilə yetkinlik yaşına çatmamış 27 may 2014-cü ildə doğulmuş X8 və 17 noyabr 2015-ci ildə doğulmuş X1 üçün qət edilmiş sabit məbləğdə bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla iki uşaq üçün cəmi 260 (iki yüz altmış) manat alimentin icra icraatı qaydasında 2025-ci il üzrə minimum əmək haqqına indeksasiya olunmasını məhkəmədən xahiş etmişdir. Tələbkar Abbasova (Əkbərova) Aygül Qəzənfər qızı ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, 2013-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə Borclu ilə evlənmişlər. Birgə nikahdan 27 may 2014-cü ildə X8 və 17 noyabr 2015-ci ildə X9 adlı iki övladı olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən Naxçıvan Şəhər Məhkəməsinin 18 iyul 2022-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və Borclu bir uşağın saxlanması üçün 130 (bir yüz otuz) manat olmaqla iki uşağın saxlanması üçün ümumilikdə 260 (iki yüz altmış) manat miqdarında aliment tutulması qət edilmişdir. Uşaqlar orta məktəbdə oxuyur. Onların maddi tələbatları günü-gündən artır. Valeh övladlarına əlavə heç bir köməklik göstərmir. Ona görə də alimentin məbləğinin artırılmasını istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə tələbkar Abbasova (Əkbərova) Aygül Qəzənfər qızına və Borclu məlumat verilməsinə baxmayaraq tələbkar və borclu məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsaslanaraq tələbkarın və borclunun iştirakları olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə, ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(078)-314/2022 nömrəli qətnaməsindən görünür ki, X6 ilə Borclu arasında 14 may 2013-cü il tarixdə Naxçıvan şəhər Nikah evində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 148 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan 27 may 2014-cü il təvəllüdlü X5 və 17 noyabr 2015-ci il təvəllüdlü X7 anaları X2 yanında saxlanılması, 11 fevral 2022-ci il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Borclu hər ay 1 uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə isə iki uşaq üçün 260 (iki yüz altmış) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq, uşaqların anası X4 ödənilməsi, müvəqqəti aliment tutulması barədə qərardad əsasında cavabdeh tərəfindən qətnamənin qəbul edildiyi, yəni 18 iyul 2022-ci il tarixədək ödənilmiş aliment məbləğinin nəzərə alınması, Naxçıvan Şəhər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, e-2(078)-314/2022 nömrəli müvəqqəti aliment tutulması barədə qərardadı ilə müəyyən edilmiş müvəqqəti alimentin tutulmasının ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli, 15 nömrəli qərarının 1, 1.2 və 1.2.1.-ci bəndlərindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8-ci bənd üzrə 8.4-cü bəndə “8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).” məzmununda 8.4-2-ci yarımbəndin əlavə edilməsi qərara alınmışdır. Məhkəmə belə qeyd edir ki, 2022-ci il tarixdə minimum əmək haqqı 300 manat müəyyən edildiyindən həmin vaxt hər bir uşaq üçün müvafiq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 130 manat sabit pul məbləğində aliment məbləği həmin dövr üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.43 mislini təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, tələbkar Abbasova (Əkbərova) Aygül Qəzənfər qızının Borclu qarşı sabit pul məbləğində alimentin indeksasiya olunması tələbinə dair ərizəsi təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, e-2(078)-314/2022 nömrəli qətnaməsi ilə 27 may 2014-cü il təvəllüdlü X5 və 17 noyabr 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu tutulan hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat miqdarında sabit pul məbləğində aliment sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.43 misli həddində indeksasiya edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Tələbkar Abbasova (Əkbərova) Aygül Qəzənfər qızının Borclu qarşı sabit pul məbləğində alimentin indeksasiya olunması tələbinə dair ərizəsi təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, e-2(078)-314/2022 nömrəli qətnaməsi ilə 27 may 2014-cü il təvəllüdlü X5 və 17 noyabr 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu tutulan hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat miqdarında sabit pul məbləğində aliment sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.43 misli həddində indeksasiya edilsin. İndeksasiya edilmiş alimentin tutulması qərardad qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №8(078)-130/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-130/2025
24.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver