Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-140/2023 06.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-376/2023 nömrəli, 11 may 2023-cü il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu "məcburi gətirilməsi” haqqında təqdimata açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 təqdimatla məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)- 376/2023 nömrəli, 11 may 2023-cü il tarixli icra vərəqəsi üzrə borclu, 16 dekabr 1999-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi gətirilməsinə dair məsələyə baxılmasını xahiş etmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4, tələbkar təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. İşə icra məmurunun, tələbkar təşkilatın nümayəndəsinin və borclunun iştirakı olmadan baxılmışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar Borclu Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Belə ki, təqdimat və ona əlavə olunmuş sənədlərdən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-376/2023 nömrəli, 11 may 2023-cü il tarixli icra vərəqəsinə əsasən, Borclu və X2 birgə qaydada 3226.58 (üç min iki yüz iyirmi altı manat əlli səkkiz qəpik) manat əsas borc və 760.67 (yeddi yüz altmış manat altmış yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 3987.25 (üç min doqquz yüz səksən yeddi manat iyirmi beş qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 39.87 (otuz doqquz manat səksən yeddi qəpik) manat dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Borclu 15 may 2023-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş və 15 may 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surəti qeydiyyatda olduğu ünvana göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, Borclu Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-376/2023 nömrəli, 11 may 2023-cü il tarixli icra vərəqəsi üzrə tələbin könüllü icrası barədə bildirişə baxmayaraq, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə gəlməkdən, eləcə də, icra sənədi üzrə müəyyən edilmiş borcu ödəməkdən üzrsüz səbəbdən yayındığından, o, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki-Prosessual Məcəllənin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: Təqdimat təmin edilsin. 16 dekabr 1999-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Naxçıvan Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №8(078)-140/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-140/2023
06.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver