Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-142/2022 14.10.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ X1 Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru H.Həsənovun 141463/2022-58-14-005 nömrəli xx.xx.2022-ci il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru H.Həsənov 141463/2022- 58-14-005 nömrəli xx.xx.2022-ci il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatla məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-506/2022 nömrəli 13 may 2022-ci il tarixli qətnaməsi əsasında 28 iyun 2022-ci il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə Tələbkar MMC-nə, Borclu və təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər və təqdimat verən orqanın nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə Tələbkar MMC-nin nümayəndəsinin, Borclu və təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-506/2022 nömrəli 13 may 2022-ci il tarixli qətnaməsi əsasında 28 iyun 2022-ci il tarixdə verilmiş icra olunması məqsədilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 506/2022 nömrəli 13 may 2022-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2021-ci il tarixli R0019140 nömrəli əşyanın nisyə alqı-satqı müqaviləsi üzrə 1200 (bir min iki yüz) manat əsas, 120 (bir yüz iyirmi) manat cərimə borcu olmaqla ümumilikdə 1320 (bir min üç yüz iyirmi) manat məbləğində borc iddiaçı Tələbkar MMC-nin xeyrinə tutulması, Tələbkar MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X2 Portalına xx.xx.2022-ci il tarixdə ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 33.2 (otuz üç manat iyirmi qəpik) manat dövlət rüsumu cavabdeh Borclu alınaraq iddiaçı təşkilata qaytarılması qət olunmuş, qətnamə 28 iyun 2022-ci il tarixdə qanuni qüvvəsini almış və icra vərəqəsi həmin tarixdə icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi əsasında verilmiş icra sənədi Borclu tərəfindən tam təmin edilməmişdir. Təqdimata əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli, 142118/2022 nömrəli məktubunun surətindən məlum olur ki, həmin məktubla Naxçıvan MR Daşınmaz Əmlakın və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə, Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Naxçıvan şəhər şöbəsinə, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə, Naxçıvan MR DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Bölməsinə icraatda olan icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu adına daşınmaz əmlakın olub-olmaması, təqaüd alıb-almaması ilə bağlı sorğu verilmişdir. Həmin sorğuya Naxçıvan MR DSMF PHŞ Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 01/289 nömrəli məktubundan məlum olmuşdur ki, Borclu mərkəzin qeydiyyatında durmur və heç bir növ pensiya almır. Naxçıvan MR DSMF-nun Naxçıvan şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli 02/1098 nömrəli məktubundan məlum olmuşdur ki, Borclu şöbədə qeydiyyatda durmur, heç bir növ pensiya almır. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər ƏSMM-nin xx.xx.2022-ci il tarixli 02/368 nömrəli məktubundan məlum olmuşdur ki, Borclu mərkəzin qeydiyyatında durmur, heç bir növ müavinət və təqaüd almır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 04/532 nömrəli məktubundan məlum olmuşdur ki, Borclu adına ünvan 1 ünvanında 122 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 48.78 kv.m olan fərdi yaşayış evi qeydə alınmışdır. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış məlumatda Borclu adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunan sorğuya verilən cavablardan da belə məlum olur ki, Borclu verilmiş icra vərəqəsi üzrə borc məbləğinin məcburi icra olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülmüşdür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru H.Həsənovun 141463/2022-58-14-005 nömrəli xx.xx.2022-ci il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatı əsaslı olduğu üçün təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 204, 263-264 və 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru H.Həsənovun 141463/2022-58- 14-005 nömrəli xx.xx.2022-ci il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatı təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-506/2022 nömrəli 13 may 2022-ci il tarixli qətnaməsi əsasında 28 iyun 2022-ci il tarixdə verilmiş icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №8(078)-142/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-142/2022
14.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver