Məhkəmə qərarları › İş №8(078)-144/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-144/2022

17.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-144/2022 17.10.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ X6 Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru N.Bayramlının 173185/2022 nömrəli xx.xx.2022-ci il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru N.Bayramlı 173185/2022 nömrəli xx.xx.2022-ci il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3462/2022 nömrəli 21 iyul 2022-ci il tarixli qətnaməsi əsasında 02 avqust 2022-ci il tarixdə verilmiş icra vərəqəsi və Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-592/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında xx.xx.2022-ci il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tələbkarlar X3, "xxxx" ASC-nə, Borclu və təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər və təqdimat verən orqanın nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə tələbkarlar X2, "xxxx" ASC-nin nümayəndəsinin, Borclu və təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3462/2022 nömrəli 21 iyul 2022-ci il tarixli qətnaməsi əsasında 02 avqust 2022-ci il tarixdə verilmiş icra vərəqəsi və Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)- 592/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında xx.xx.2022-ci il tarixdə verilmiş icra vərəqəsinin icra olunması məqsədilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3462/2022 nömrəli 21 iyul 2022-ci il tarixli qətnaməsi ilə 04 avqust 2018-ci il təvəllüdlü X4 və 14 fevral 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 06 iyun 2022-ci il tarixdən başlayaraq, cavabdeh Borclu hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla iki uşaq üçün ümumilikdə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət olunmuş, qətnamə 02 avqust 2022-ci il tarixdə dərhal icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi əsasında verilmiş icra sənədi Borclu tərəfindən ümumiyyətlə icra edilməmiş, onun təqdimat verilən günə 1544 manat məbləğində aliment borcu yaranmışdır. Eyni zamanda Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-592/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2020-ci il tarixli, BRED2579692A299 saylı kredit müqaviləsi üzrə 2149.67 (iki min bir yüz qırx doqquz manat altmış yeddi qəpik) manat əsas 460.34 (dörd yüz altmış manat otuz dörd qəpik) manat faiz borcu olmaqla cəmi 2610.01 (iki min altı yüz on manat bir qəpik) manat məbləğində kredit borcu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, "Kapital Bank” ASC tərəfindən xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbzlə Azərbaycan Respublikası Mərkəzi X1 ödənilmiş 46.10 (qırx altı manat on qəpik) manat dövlət rüsumu cavabdeh Borclu alınaraq iddiaçı təşkilata qaytarılması qət olunmuş, qətnamə 05 avqust 2022-ci il tarixdə qanuni qüvvəsini almış və 08 avqust 2022-ci il tarixdə icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxt ərzində Borclu tərəfindən icra edilməmişdir. Təqdimata əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli, 144076/2022 nömrəli məktubunun surətindən məlum olur ki, həmin məktubla Naxçıvan MR Daşınmaz Əmlakın və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə, Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Naxçıvan şəhər şöbəsinə, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə, Naxçıvan MR DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Bölməsinə icraatda olan icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu adına daşınmaz əmlakın olub-olmaması, təqaüd alıb-almaması ilə bağlı sorğu verilmişdir. Həmin sorğuya Naxçıvan MR DSMF-nun Naxçıvan şəhər şöbəsinin xx.xx.2021-ci il tarixli 02/1149 nömrəli məktubundan məlum olmuşdur ki, Borclu şöbədə qeydiyyatda durmur, heç bir növ pensiya almır. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər ƏSMM-nin xx.xx.2022-ci il tarixli 02/410 nömrəli məktubundan məlum olmuşdur ki, Borclu mərkəzin qeydiyyatında durmur, heç bir növ təqaüd və müavinət almır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 04/467 nömrəli məktubundan məlum olmuşdur ki, Borclu adına daşınmaz əmlak qeydə alınmamışdır. Naxçıvan MR DSMF PHŞ Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 01/306 nömrəli məktubundan məlum olmuşdur ki, Borclu mərkəzin qeydiyyatında durmur və heç bir pensiya almır. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış məlumatda Borclu adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunan sorğuya verilən cavablardan da belə məlum olur ki, Borclu verilmiş icra vərəqəsi üzrə borc məbləğinin məcburi icra olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülmüşdür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru N.Bayramlının 173185/2022 nömrəli xx.xx.2022-ci il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatı əsaslı olduğu üçün təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 204, 263-264 və 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru N.Bayramlının 173185/2022 nömrəli xx.xx.2022-ci il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatı təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3462/2022 nömrəli 21 iyul 2022-ci il tarixli qətnaməsi əsasında 02 avqust 2022-ci il tarixdə verilmiş icra vərəqəsi və Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-592/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında xx.xx.2022-ci il tarixdə verilmiş icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar