Məhkəmə qərarları › İş №8(078)-146/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-146/2023

12.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-146/2023 12.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-750/2022 nömrəli, 16 yanvar 2023cü il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclular Borclu1 və Borclu2 "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimata açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)- 750/2022 nömrəli, 16 yanvar 2023-cü il tarixli icra vərəqəsi üzrə borclu, xx xxxxxxxx 1970ci tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu1 və borclu, xx xxxxxx 1998-ci tarixdə Naxçıvan şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2, tələbkar təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, borclular Borclu1 və Borclu2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə müvafiq olaraq, işə icra məmurunun, tələbkar təşkilatın nümayəndəsinin və borcluların iştirakı olmadan baxılmışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-750/2022 nömrəli, 16 yanvar 2023-cü il tarixli icra vərəqəsi üzrə borclu, xx xxxxxxxx 1970-ci tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu1 və borclu, xx xxxxxx 1998-ci tarixdə Naxçıvan şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu2 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, təqdimat və ona əlavə olunmuş sənədlərdən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-750/2022 nömrəli, 16 yanvar 2023-cü il tarixli icra vərəqəsinə əsasən, Borclu1 və Borclu2 müştərək qaydada 7709.31 (yeddi min yeddi yüz doqquz manat otuz bir qəpik) manat əsas borc, 1306.94 (min üç yüz altı manat doxsan dörd qəpik) manat faiz borcu, 144.63 (yüz qırx dörd manat altmış üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 9160.88 (doqquz min yüz altmış manat səksən səkkiz qəpik) manat məbləğində kredit borcunun və 111.61 (yüz on bir manat altmış bir qəpik) manat dövlət rüsumunun əvəzinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Borclular Borclu1 və Borclu2 17 yanvar 2023-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş və 17 yanvar 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surəti qeydiyyatda olduqları ünvana göndərilmişdir. Borclu barəsində müvafiq orqanlara verilmiş sorğulara əsasən adına tələbin yönəldilə biləcəyi daşınar və daşınmaz əmlak, hesablaşma hesabı olmaması, təqaüd almaması müəyyən olunmuşdur. Könüllü icra üçün müəyyən olunmuş müddətdə icra vərəqəsini üzrsüz səbəbdən icra etmədiyindən Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-750/2022 nömrəli, 16 yanvar 2023-cü il tarixli icra vərəqəsi üzrə borclu, xx xxxxxxxx 1970-ci tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu1 və borclu, xx xxxxxx 1998-ci tarixdə Naxçıvan şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu2 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: Təqdimat təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-750/2022 nömrəli, 16 yanvar 2023-cü il tarixli icra vərəqəsi üzrə borclu, xx xxxxxxxx 1970-ci tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu1 və borclu, xx xxxxxx 1998-ci tarixdə Naxçıvan şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu2 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar