Məhkəmə qərarları › İş №8(078)-147/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-147/2023

20.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-147/2023 20.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ X2 Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru N.Bayramlının 218895/2023 nömrəli xx.xx.2023-cü il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru N.Bayramlı 218895/2023 nömrəli xx.xx.2023-cü il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatla məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-22/2023 nömrəli 08 iyun 2023-cü il tarixli qətnaməsi əsasında 12 sentyabr 2023-cü il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə Tələbkar ASC-nə, Borclu və təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər və təqdimat verən orqanın nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə Tələbkar ASC-nin nümayəndəsinin, Borclu və təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və Naxçıvan Şəhər Məhkəməsinin e- 2(078)-22/2023 nömrəli 08 iyun 2023-cü il tarixli qətnaməsi əsasında 12 sentyabr 2023-cü il tarixdə verilmiş icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)- 22/2023 nömrəli 08 iyun 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu 6478.69 (altı min dörd yüz yetmiş səkkiz manat altmış doqquz qəpik) manat əsas, 1693.16 (bir min altı yüz doxsan üç manat on altı qəpik) manat faiz borcu olmaqla cəmi 8171.85 (səkkiz min bir yüz yetmiş bir manat səksən beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı Tələbkar ASCnin xeyrinə ödənilməsi, iddiaçı Tələbkar ASC tərəfindən X1 və ya AsanPay vasitəsilə xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 101.71 (bir yüz bir manat yetmiş bir qəpik) manat dövlət rüsumu cavabdeh Borclu alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmiş, qətnamə 11 sentyabr 2023-cü il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2023-cü il tarixdə icra vərəqəsi çıxarılaraq icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi əsasında verilmiş icra sənədi Borclu tərəfindən təmin edilməmişdir. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış məlumatda Borclu adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunan sorğuya verilən cavablardan da belə məlum olur ki, Borclu verilmiş icra vərəqəsi üzrə borc məbləğinin məcburi icra olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülmüşdür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru N.Bayramlının 218895/2023 nömrəli xx.xx.2023-cü il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatı əsaslı olduğu üçün təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 204, 263-264 və 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru N.Bayramlının 218895/2023 nömrəli xx.xx.2023-cü il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatı təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-22/2023 nömrəli 08 iyun 2023-cü il tarixli qətnaməsi əsasında 12 sentyabr 2023-cü il tarixdə verilmiş icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar