Məhkəmə qərarları › İş №8(078)-148/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-148/2022

03.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-148/2022 03.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Tələbkar "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı borcun alınması tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-679/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış e-2(078)-345/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və "xxxx" MMC-nin Borclu qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə e- 2(078)-235/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-679/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 1480nkSTB2/21 saylı kredit müqaviləsi üzrə 3297 (üç min iki yüz doxsan yeddi) manat əsas, 776.84 (yeddi yüz yetmiş altı manat səksən dörd qəpik) manat faiz və 7.27 (yeddi manat iyirmi yeddi qəpik) manat cərimə olmaqla cəmi 4081.11 (dörd min səksən bir manat on bir qəpik) manat məbləğində pulun cavabdeh Borclu tutularaq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə verilməsi, həmçinin iş üzrə cavabdeh Borclu 61.22 (altmış bir manat iyirmi iki qəpik) manat miqdarında dövlət rüsumunun alınaraq iş üzrə iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Naxçıvan Şəhər Məhkəməsinin e- 2(078)-345/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, cavabdeh Borclu xx.xx.2021-ci il tarixli, RGTK3667938A112 saylı kredit müqaviləsi üzrə 1745.65 (bir min yeddi yüz qırx beş manat altmış beş qəpik) manat əsas, 267.81 (iki yüz altmış yeddi manat səksən bir qəpik) manat faiz borcu olmaqla cəmi 2013.46 (iki min on üç manat qırx altı qəpik) manat məbləğində kredit borcunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə X2 və ya AsanPay vasitəsilə ********* nömrəli qəbzlə ödənilmiş 40.13 (qırx manat on üç qəpik) manat dövlət rüsumu cavabdeh Borclu alınaraq iddiaçı təşkilata qaytarılması, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-235/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, xx.xx.2019-cu il tarixli, 00917766 nömrəli müqavilə üzrə 72 (yetmiş iki) manat əsas borc, xx.xx.2020-ci il tarixli, 20290372 nömrəli müqavilə üzrə 449 (dörd yüz qırx doqquz) manat əsas borc, cəmi 521 (beş yüz iyirmi bir) manat məbləğində borc cavabdeh Borclu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi, iş üzrə cavabdeh Borclu 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. 17 oktyabr 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və X3 Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək təqdimatda Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-679/2022-008 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında xx.xx.2022-ci il tarixdə verilmiş icra sənədinə əsasən xx.xx.1996-cı ildə anadan olmuş, Naxçıvan şəhəri, 54-cü məhəllə, ev 2A ünvanında qeydiyyatda olan Borclu İlqar oğlundan 4.142,33 manat alınaraq "xxxx" KB ASC-nin hesabına, 2(078)- 235/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında xx.xx.2022-ci il tarixdə verilmiş icra sənədinə əsasən 551 manat alınaraq "xxxx" MMC-nin hesabına, 2(078)- 345/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında 31,05.2022-ci il tarixdə verilmiş icra sədinə əsasən 2053.59 manat alınaraq "xxxx" ASC-nin hesabına ödənilməli olduğunu, qeyd olunan icra sənədinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə daxil olduğunu, qanuna müvafiq qaydada icraya yönəldiyini, icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surətinin bildirişlə icra sənədi üzrə Borclu İlqar oğluna göndərildiyini, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edildiyini, lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərildiyini, qeyd olunan icra sənədləri üzrə bu vaxta kimi heç bir ödəniş olunmadığını, göstərilənləri nəzərə alaraq icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məcburi icra tədbirinin tətbiq edilməli olduğunu hesab etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə tələbkar "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Borclu və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər və məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Lakin "xxxx" MMC-nin problemli kreditlər departamentinin rəhbəri Rauf Süleymanlı məhkəməyə 02 noyabr 2022-ci il tarixdə teleqram göndərərək teleqramda iddiaçı "xxxx" MMC-nin Borclu qarşı Naxçıvan Şəhər Məhkəməsində başlamış 8(078)-148/2022 nömrəli mülki iş üzrə məhkəmə iclasının “03” noyabr 2022-ci il, saat 0930 tarixinə təyin olunduğunu, məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına onların iştirakı olmadan baxılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq tələbkarlar "xxxx" MMC-nin nümayəndəsinin, "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin, Borclu və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanunun bu tələbindən aydın görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat üç şərt mövcud olduqda məhkəmə tərəfindən təmin oluna bilər. Belə ki, icra sənədi pul tələbi ilə bağlı olmalı, bu icra sənədi üzrə borcluya könüllü icra üçün vaxt verilməli və sonda isə borclu tərəfindən icra sənədinin icra edilməməsi üçün səbəb üzürsüz olmalıdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, hazırki təqdimatın təmin olunması üçün lazım olan şərtlərin hamısı mövcuddur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsində qeyd olunur ki, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli 2-N nömrəli Kollegiya qərarı ilə təsdiq olunmuş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2 və 2.2.1-ci bəndində isə qeyd olunur ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünü idarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Məhkəməyə təqdim olunan təqdimat və ona əlavə edilən sənədlərdən aydın olur ki, tələbin könüllü icrası üçün bildirişin borcluya rəsmən təqdim olunması sübuta yetirilir. Belə ki, təqdimata əlavə edilmiş 07 oktyabr 2022-ci il tarixli, 87365/505/2022 nömrəli məktubdan görünür ki, adı çəkilən bildiriş və icraata başlamaq haqqında qərar Borclu çatdırılması üçün Naxçıvan şəhəri icra Hakimiyyəti başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Həmçinin icraata başlamaq haqqında qərarın məzmunundan o da aydın olur ki, borcluya tələbin könüllü surətdə icra olunması üçün 10 günlük müddət təyin olunmuşdur. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci bəndinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Yuxarıda qeyd olunan Təlimatın 2.4-cü bəndində qeyd olunur ki, təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın, könüllü icra üçün verilmiş müddət barədə bildiriş, onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. İcra xidməti tərəfindən yuxarıda qeyd olunan normanın tələbində qeyd olunanlar yerinə yetirilərək icra hərəkətlərinin yerinə yetirilməsini təsdiq edən sənədlər təqdimata əlavə olunmuşdur. İş materiallarında olan müvafiq idarə və təşkilatlara edilmiş sorğular və onun əsasında verilmiş cavabdan görünür ki, borclunun heç bir əmlakı və gəlirləri müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin təqdimatı təmin olunmalı; - Tələbkar "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı borcun alınması tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-679/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış e-2(078)-345/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və "xxxx" MMC-nin Borclu qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış e-2(078)-235/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrası üzrə xx.xx.1996-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı; -Qərardadın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.2-ci maddəsinin tələbinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.4, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin təqdimatı təmin olunsun. Tələbkar "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı borcun alınması tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-679/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış e-2(078)-345/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və "xxxx" MMC-nin Borclu qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış e-2(078)-235/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrası üzrə xx.xx.1996-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan, qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar