Məhkəmə qərarları › İş №8(078)-153/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-153/2022

10.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-153/2022 10.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsi hakim Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, X2nun məhkəmə əmrinin hissə-hissə icra edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X7 məhkəmə əmrinin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1083/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli məhkəmə əmrinin hissə-hissə - ayda 50 manat ödəməklə icra olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə, Tələbkarnə və X2na məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Ona görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə müvafiq olaraq, işə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun, Tələbkar nümayəndəsinin və X2nun iştirakı olmadan baxılmışdır. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 1083/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli məhkəmə əmri üzrə ondan cəmi 1360.62 (min üç yüz altmış manat altmış iki qəpik) manat borc pulun və 20 (iyirmi) manat dövlət rüsumunun alınıb tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsinin əmr edildiyini, məhkəmə əmrini almadığını, lakin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarı ona gələndən sonra bu barədə məlumatının olduğunu, 27 sentyabr 2022ci il tarixədək ailəsi ilə birlikdə Bakı şəhərində yaşayaraq sürücü işlədiyini və ailəsini dolandırmaqla yanaşı, banklara olan kredit borclarını ödəməyə çalışaraq borcunu xeyli miqdarda azaltdığını, lakin koronavirus pandemiyası ilə əlaqədar işləri zəiflədiyindən bir müddət kredit borclarını ödəyə bilmədiyini və bu səbəbdən də, əsas borcunun üzərinə faiz və cərimə borclarının toplanaraq hal-hazırda bütövlükdə borcunun 1659.63 manat olduğunu, haliyyədə işsiz olduğunu, 20 gündən artıqdır ki, Bakı şəhərinə gedib işləyə bilmədiyinə görə kredit borclarına heç bir ödəniş edə bilmədiyini, bu səbəbdən də, borclarının cərimə və faizlərin hesabına arta-arta getdiyini, tələbkar "xxxx" MMC-yə olan borcundan əlavə, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-170/2021 nömrəli, 23 fevral 2021-ci il tarixli qətnaməsi əsasında 26 aprel 2021-ci ildə verilmiş icra vərəqəsi üzrə "xxxx" ASC-yə ümumiİikdə 9413 manat 16 qəpik və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 73/2020 nömrəli, 04 fevral 2020-ci il tarixli qətnaməsi əsasında 30 mart 2020-ci ildə verilmiş icra vərəqəsi üzrə "Nikoyl” İKB ASC-yə ümumilikdə 1659 manat 63 qəpik kredit borcunun olduğunu, borclarını ödəmək istədiyini, lakin maddi vəziyyətinin buna imkan vermədiyini, maddi vəziyyətinin çox ağır olduğunu, məhkəmənin ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı olduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Məhkəməsinin 2(078)-1083/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli məhkəmə əmrinə əsasən, 20 oktyabr 1981-ci il tarixdə Babək rayonu, Xətai kəndində anadan olmuş, haliyədə ünvan 1 ünvanında qeydiyyatda olub, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi (məscidin yanı) ünvanında yaşayan X3 Tələbkar xeyrinə 1117 (min yüz on yeddi) manat qalıq borc və 243.62 (iki yüz qırx üç manat altmış iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 1360.62 (min üç yüz altmış manat altmış iki qəpik) manat borcun və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması əmr edilmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə ki, ərizə təmin edilməməlidir. Belə ki, iş üzrə sübutlarla müəyyən olunur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1083/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli məhkəmə əmri üzrə X2nun Tələbkarnə 1360.62 manat borcunun qaldığı məlum olur. Məhkəmə onu nəzərə alır ki, ayda 50 manat olmaqla ödəniləcəyi halda, ödəmə uzun müddət ərzində tamamlanar ki, bu vəziyyət tələbkarın razı olmadığı halda onun qanuni mənafelərinə uyğun olmaz. Həmçinin məhkəmə qeyd edir ki, X2 işləməməsi və əmlak varlığı barədə sübutları təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.4, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: X4 məhkəmə əmrinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan, o rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar