Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-157/2022 10.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-656/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclu İmanova (Əliyeva) Nərmin Allahverdi qızının "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimata açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 təqdimatla məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)- 656/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli icra vərəqəsi üzrə borclu, xx xxxxxx 1988-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan İmanova (Əliyeva) Nərmin Allahverdi qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 təqdimatı müdafiə edərək, təqdimatda göstərilən xüsusatları bir daha qeyd edərək, təmin olunmasını xahiş etdi. Tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, nümayəndə məhkəməyə gəlməmiş, lakin tələbkar məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına onların iştirakı olmadan baxılmasına etirazlarının olmadığını bildirmişdir. Borclu məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə müvafiq olaraq, işə tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin və borclu İmanova (Əliyeva) Nərmin Allahverdi qızının iştirakı olmadan baxılmışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-656/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli icra vərəqəsi üzrə borclu, xx xxxxxx 1988-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan İmanova (Əliyeva) Nərmin Allahverdi qızının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, təqdimat və ona əlavə olunmuş sənədlərdən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-656/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli icra vərəqəsinə əsasən, X1 07 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən 2053.70 (iki min əlli üç manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 205.30 (iki yüz beş manat otuz qəpik) manat cərimə, 22 avqust 2020-ci il tarixli müqaviləyə əsasən 198 (yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə, 07 avqust 2020-ci il tarixli müqaviləyə əsasən 172.70 (yüz yetmiş iki manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 17.30 (on yeddi manat otuz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2666 (iki min altı yüz altmış altı) manat məbləğində borcun və 46.66 (qırx altı manat altmış altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Borclu İmanova (Əliyeva) Nərmin Allahverdi qızına 25 avqust 2022-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş və 25 avqust 2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surəti qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu barəsində müvafiq orqanlara verilmiş sorğulara əsasən adına tələbin yönəldilə biləcəyi daşınar və daşınmaz əmlak, hesablaşma hesabı olmaması, təqaüd almaması müəyyən olunmuşdur. Könüllü icra üçün müəyyən olunmuş müddətdə icra vərəqəsini üzrsüz səbəbdən icra etmədiyindən Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-656/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli icra vərəqəsi üzrə borclu, xx xxxxxx 1988-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan İmanova (Əliyeva) Nərmin Allahverdi qızının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: Təqdimat təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-656/2022 nömrəli, 24 avqust 2022ci il tarixli icra vərəqəsi üzrə borclu, xx xxxxxx 1988-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan İmanova (Əliyeva) Nərmin Allahverdi qızının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №8(078)-157/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-157/2022
10.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver