Məhkəmə qərarları › İş №8(078)-158/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-158/2023

23.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-158/2023 23.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, X1 və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsi X4 iştirakları ilə, X1 borcun hissə-hissə ödənilməsi haqqında ərizəsinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, müəyyənetdi: X2 ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(078)-507/2023 nömrəli, Naxçıvan Şəhər Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(078)-964/2023 nömrəli və Naxçıvan Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(078)-676/2023 nömrəli qətnamələri üzrə qətnamənin hissə-hissə icra olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 ərizəsini əsaslandıraraq bildirmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(078)-507/2023 nömrəli qətnaməsi ilə ondan cəmi 3075.25 (üç min yetmiş beş manat iyirmi beş qəpik) manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-964/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qətnaməsi ilə ondan cəmi 2763.65 (iki min yeddi yüz altmış üç manat altmış beş qəpik) manat pul vəsaitinin alınaraq "xxxx" ASC-nin xeyrinə və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-676/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qətnaməsi ilə ondan cəmi 5210.97 (beş min iki yüz on manat doxsan yeddi qəpik) manat alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. "xxxx" QSC-də ştatların ixtisarı baş verməsi ilə əlaqədar işdən azad olunduqdan sonra maddi vəziyyəti pisləşməyə başlamış və heç yerdə işləməmişdir. Onun pula ehtiyacı olduğundan 2022-ci il tarixdə yuxarıda adları qeyd olunan banklarla müqavilə bağlayıb kredit götürmüşdür. "xxxx" MMC-dən isə şəxsi istifadə üçün “İPHONE” markalı mobil telefon götürmüşdür. Hal-hazırda heç bir fəaliyyətlə məşğul olmur, haliyyədə işsizdir. Maddi vəziyyəti aşağı olduğundan qətnamə üzrə borcları tam ödəyə bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə tələbkarlar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və “X8“ Açıq Səhmdar Cəmiyyətinə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər və məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. X2 23 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək, borcun hissə-hissə ödənilməsi tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini qeyd edərək ərizə və ona əlavə edilmiş sənədlərin baxılmadan ona geri qaytarılmasını məhkəmədən xahiş etdi. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsi X7 ərizənin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirdi. Məhkəmə hesab edir ki, borclunun borcun hissə-hissə ödənilməsi haqqında ərizəsinin geri qaytarılması barədə ərizəsi əsaslıdır. Müraciət əsaslı sayıldığından onun hüquqi həlli ilə bağlı məhkəmə bildirir ki, borcun hissə-hissə ödənilməsi haqqında ərizələrə baxılması qaydası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə tənzimlənsə də, həmin Məcəllə ilə hazırki məsələnin hüquqi həlli tənzimlənmir. Bu vəziyyətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinin – “barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 13.2-ci maddəsinin –“əvvəlcə qanunun analogiyasından istifadə olunur, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir” normalarını rəhbər tutmaqla yuxarıda qeyd olunan məsələ həll edilməlidir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən icra haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, həmin Qanundan, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunundan, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən, habelə digər qanunvericilik aktlarından ibarətdir. Məhkəmə qeyd edir ki, ərizənin baxılmamış saxlanılması barədə ərizəyə baxılmasının hüquqi həlli ilə bağlı Azərbaycan Respublikası “İcra haqqında” Qanunu və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində müvafiq prosessual hüquq norması olmadığından, həmin Qanunun 1.1-ci və Mülki-Prosessual Məcəllənin 13.4-cü maddələrinin tələbini nəzərə almaqla həmin Məcəllənin iddia ərizəsinin baxılmamış saxlanılmasını nizamlayan hüquq normaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Hazırki vəziyyətdə borclu ərizənin baxılmadan geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, X1 borcun hissə-hissə ödənilməsi barədə ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: X1 borcun hissə-hissə ödənilməsi haqqında ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər X2na geri qaytarılsın. Qərardaddan, qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar