Məhkəmə qərarları › İş №8(078)-16/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-16/2023

01.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-16/2023 01.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə) X2 Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru N.Bayramlının 2603/2023 nömrəli, xx.xx.2023-cü il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru N.Bayramlı 2603/2023 nömrəli, xx.xx.2023-cü il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatla məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1001/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında xx.xx.2022-ci il tarixdə verilmiş icra vərəqəsi və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 1102/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tələbkarlar “Azər-Türk Bank" ASC-nə, Tələbkar1, Borclu və təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər və təqdimat verən orqanın nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə tələbkarlar “Azər-Türk Bank" ASC-nin nümayəndəsinin, Tələbkar1, Borclu və təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və Naxçıvan Şəhər Məhkəməsinin e- 2(078)-1001/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında xx.xx.2022-ci il tarixdə verilmiş icra vərəqəsi və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1102/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsinin icra olunması məqsədilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)- 1001/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh Borclu 22 aprel 2021-ci il tarixli ******************** saylı Müqaviləyə əsasən 3733.25 (üç min yeddi yüz otuz üç manat iyirmi beş qəpik) manat borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, “Azər-Türk Bank" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X1 ********* nömrəli qəbzlə ödənilmiş 57.34 (əlli yeddi manat otuz dörd qəpik) manat dövlət rüsumunun cavabdeh Borclu iddiaçı təşkilata qaytarılması qət olunmuş, qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almış və həmin tarixdə icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi əsasında verilmiş icra sənədi Borclu tərəfindən icra edilməmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Eyni zamanda Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1102/2022 nömrəli xx.xx.2022ci il tarixli qətnaməsi ilə cavabdeh Borclu 3900 (üç min doqquz yüz) manat məbləğində pul alınaraq iddiaçı Tələbkar1 verilməsi, iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 59 (əlli doqquz) manat dövlət rüsumu Borclu tutularaq Tələbkar1 verilsin qət olunmuş, qətnamə 06 yanvar 2023-cü il tarixdə qanuni qüvvəsini almış və həmin tarixdə icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxt ərzində Borclu tərəfindən icra edilməmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Təqdimata əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli 45984/2020 nömrəli məktubunun surətindən məlum olur ki, həmin məktubla Naxçıvan MR Daşınmaz Əmlakın və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə, Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Naxçıvan şəhər şöbəsinə, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə, Naxçıvan MR DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Bölməsinə icraatda olan icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu adına daşınmaz əmlak və təqaüd alıb-almaması ilə bağlı sorğu verilmişdir. Həmin sorğuya Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər ƏSMM-nin xx.xx.2022-ci il tarixli 02/629 nömrəli məktubundan məlum olmuşdur ki, Borclu mərkəzin qeydiyyatında durmur, heç bir növ müavinət və təqaüd almır. Naxçıvan MR DSMF-nun Naxçıvan şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli 02/1656 nömrəli məktubundan məlum olmuşdur ki, Borclu şöbədə qeydiyyatda durmur, heç bir növ pensiya almır. Naxçıvan MR DSMF PHŞ Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 01/441 nömrəli məktubundan məlum olmuşdur ki, Borclu mərkəzin qeydiyyatında durmur və heç bir müavinət və təqaüd almır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 04/694 nömrəli məktubundan məlum olmuşdur ki, Borclu adına daşınmaz əmlak qeydə alınmamışdır. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış məlumatda Borclu adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunan sorğuya verilən cavablardan da belə məlum olur ki, Borclu verilmiş icra vərəqəsi üzrə borc məbləğinin məcburi icra olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülmüşdür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru N.Bayramlının 2603/2023 nömrəli, xx.xx.2023-cü il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatı əsaslı olduğu üçün təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 204, 263-264 və 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru N.Bayramlının 2603/2023 nömrəli, xx.xx.2023-cü il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatı təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1001/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında xx.xx.2022-ci il tarixdə verilmiş icra vərəqəsi və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1102/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar