Məhkəmə qərarları › İş №8(078)-160/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-160/2023

27.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-160/2023 27.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, borclu X3 iştirakı ilə, borclu X3 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X5 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(078)-758/2022 nömrəli qətnaməsi üzrə qətnamənin 17 ay hər ay davamlı olaraq 200 (iki yüz) manat və sonuncu ay borcu tamamilə bağlamaq şərtilə hissə-hissə icra olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Ona görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə müvafiq olaraq, işə tələbkar X6 iştirakı olmadan baxılmışdır. Məhkəmə iclasında borclu X5, Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(078)-758/2022 nömrəli qətnaməsi üzrə ondan ümumilikdə 15967 (on beş min doqquz yüz altmış yeddi) manat borcun alınıb iddiaçı X7 ödənilməsinin qət edildiyini, ailəli olduğunu, rəsmi olaraq heç bir yerdə işləmədiyini, öhdəliyində 3 övladının olduğunu, həyat yoldaşının da işləmədiyini, övladlarının maddi tələbatını belə ödəməkdə çətinlik çəkdiyini, hazırda taksi fəaliyyəti ilə məşğul olduğunu, gündəlik 17 manat aldığını, aylıq 500 manat qazancından 200 manat borcuna ödəyə biləcəyini, başqa şəxsin ona pul borcunun olduğunu, həmin şəxsin pulu 16 aydan sonra verəcəyini, bu səbəbdən 17 aydan sonra həmin borcunu tamamilə ödəyə biləcəyini, ona görə də, 17 ay hər ay davamlı olaraq 200 (iki yüz) manat və sonuncu ay borcu tamamilə bağlamaq şərtilə ödəməyə imkanının çatacağını, ona görə də, 15967 manat borcun hissə-hissə 17 ay hər ay davamlı olaraq 200 (iki yüz) manat və sonuncu ay borcu tamamilə bağlamaq şərtilə ödəməklə icra olunması barədə qərar qəbul edilməsini istədiyini, hazırda qətnamənin icrası ilə əlaqədar ödəmə etmədiyini, qətnamədən kassasiya şikayəti verdiyini, lakin kassasiya şikayətinə baxılması barədə qərarın surətini almadığını, əlavə kassasiya qaydasında müraciət etmək istədiyindən ödəmə etmədiyini, Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(078)-758/2022 nömrəli qətnaməsi üzrə qətnamənin 17 ay hər ay davamlı olaraq 200 (iki yüz) manat və sonuncu ay borcu tamamilə bağlamaq şərtilə hissə-hissə icra olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: Naxçıvan MR-in Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən, X3 mülkiyyətində Babək rayonu, Didivar kəndində 0.5172 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Naxçıvan MR Daxili İşlər Nazirliyinin X12 İdarəsinə bilavasitə tabe olan qeydiyyatimtahan və texniki baxış şöbəsinin 12 oktyabr 2023-cü il tarixli arayışına əsasən, X3 adına hər hansı bir avtonəqliyyat vasitəsi qeydiyyatda durmur. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş üzrə sübutlarla müəyyən olunur ki, Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(078)-758/2022 nömrəli qətnaməsi üzrə X2 15430 (on beş min dörd yüz otuz) manat məbləğində pul, məhkəmə məsrəfi olan 400 (dörd yüz) manat məbləğində vəkil xərci və 137 (yüz otuz yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15967 (on beş min doqquz yüz altmış yeddi) manat məbləğində pulun alınaraq X7 qaytarılması qət olunmuşdur. Məhkəmə onu nəzərə alır ki, borc pulun hissə-hissə ödəniləcəyi halda, ödəmə uzun müddət ərzində tamamlanar ki, bu vəziyyət tələbkarın razı olmadığı halda, onun qanuni mənafelərinə uyğun olmaz. Həmçinin məhkəmə qeyd edir ki, ərizəçi real sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.4, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: X3 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan, o rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar