Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-161/2022 14.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, X1, X7, X2 və onun vəkili X6 iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsinin binasında Naxçıvan Şəhər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli 2(078)-607/2022 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsinə dair X3 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: X3 ərizə ilə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli 2(078)-607/2022 nömrəli qətnaməsinin hissə-hissə olmaqla hər ay 250 manat ödəməklə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir Məhkəmə baxışı iclasında X3 ərizəni müdafiə edərək bidlirdi ki, məhkəmənin 01 sentyabr 2022-ci il tarixli 2(078)-607/2022 nömrəli qətnaməsi ilə tələbkarların ona qarşı qaldırdığı iddia qismən təmin edilmiş və ondan 26604.7 (iyirmi altı min altı yüz dörd manat yetmiş qəpik) manat pul alınıb tələbkarlara verilməsi müəyyən edilmişdir. A.Qasımova qeyd etmişdir ki, onunla tələbkar X17 arasında xx.xx.2018-ci ildə ona məxsus fərdi yaşayış evinin nisyə alqı-satqı Sazişi bağlanmış və həmin saziş üzrə X18 ona hər ay 600 manat, ilin sonunda isə 10000 manat ödəməklə ümumilikdə 60000 manat pul ödəməli idi. O, həmin müqaviləyə arxayın olaraq "xxxx" MTK-dan ayda 585 manat ödəmək şərti ilə kreditlə ev almış ( Bakı şəhəri, Kristal Abşeron 1, 18/172), işini elə planlaşdırmışdır ki, X18dan aldığı pulu kredit ödənişi olaraq Kristal Abşeron MTK-ya ödəsin. Bir neçə il Eyvaz Məmmədov ödənişlərini vaxtında ödəmiş, lakin 2021-ci ilin noyabr ayından Sazişin tələblərini pozaraq ödəniş etmədiyinə görə o da Kristal Abşeron MTK-dan kreditlə götürdüyü evin ödənişlərini ödəyə bilməmiş, nəticədə həmin evdən məcburi qaydada çıxarılmış və Kristal Abşeron MTK-ya ilkin ödənişlə birlikdə ödədiyi 28000 manat pulu da geri qaytarılmamışdır. Halhazırda o, X18un qeyd olunan Sazişin tələblərini pozması səbəbindən 28000 manat ziyana düşüb. Sonra məhkəmə işləri ilə əlaqədar Naxçıvan şəhərinə qayıtdığından işlədiyi yerdən də çıxmalı olmuş, hal-hazırda Bakı şəhəri, Kristal Abşeron 1, 18/172 ünvanından məcburi çıxarıldığına görə övladı və yaşlı anası ilə birlikdə Bakı şəhəri, Kristal Abşeron 1, 10/156 ünvanında 350 (kommunal xərclərlə birlikdə 450 AZN) manata kirayədə yaşayır. Maddi vəziyyəti hazırda tələbkarın pulunu tez bir zamanda bütünlüklə qaytarmağa imkan vermir. Hal-hazırda heç bir yerdə işləmir, anasının pensiyası və yaxın rəfiqələrinin yardımı ilə işlərini qaydaya salmağa çalışır. Hazırkı qətnamə ilə X18a qaytarılmalı olan 26604.7 manat pulu ödəməkdə maraqlıdır, çünki Kəngərli rayon Məhkəməsinin 2(111)-57/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə tələbkar X10 və onun ailə üzvlərinin onun mülkiyyətində olan Naxçıvan şəhəri, H.Cavid küçəsi 28A yerləşən evindən məcburi qaydada çıxarılması qət edilmişdir. Buna baxmayaraq məhkəmə icraçılarının dediklərinə görə qətnaməni icra edə bilmirlər, səbəb olaraq da göstərirlər ki, X18un 26604.7 manat pulu əvvəlcə ödənilməlidir, sonra onlar evdən məcburi qaydada çıxarılmalıdı. Hansı ki, Eyvaz Məmmədov və onun ailə üzvlərinin evdən məcburi qaydada çıxarılması qətnaməsi X18un 26604.7 manat pulunun qaytarılması qətnaməsindən 5 ay əvvəl çıxarılmışdır. X18 və onun ailə üzvləri onun evindən nə qədər tez çıxarlarsa o, həmin evi Bakı şəhərində hər hansı bir evlə dəyişməklə, yaxud kirayə verməklə əldə edəcəyi pulla öz yaşayış səviyyəsini xeyli yaxşılaşdıra bilər. Buna baxmayaraq X18 və onun ailə üzvləri evdən çıxmırlar, onun isə tələb edilən vəsaiti bir dəfəyə ödəmək imkanı yoxdur. O, evin satış elanını da maklerlərə bildirib, əgər satılarsa bir dəfəyə nağd şəkildə borcunu ödəyəcək. Bundan əlavə sözügedən qənamədə də açıq-aydın göstərilib ki, tələbkar ondan tələb etdiyi 26604.7 manat pulu nağd şəkildə bir dəfəyə ödəməyib, evində yaşayaraq heç bir yerə kirayə pulu ödəmədən aylıq hissə-hissə ödəyib. Hazırda tələbkarın Sazişin şərtlərini pozması səbəbindən həm evi əlindən alındığına görə 28000 manat maddi ziyana düşüb, həm də əvvəllər Bakı şəhərində işləyib ailəsi ilə birlikdə orda yaşadığına görə məcbur olaraq Bakı şəhərində kirayə ev tutub kirayə pulu ödəyir. Bütün bunlara baxmayaraq yuxarıda qeyd olunan borcunu ödəmək istəyir, lakin maddi vəziyyəti buna imkan vermir. Bu səbəbdən də 26604.7 manat borcu bir dəfəyə bütünlüklə ödəməyi mümkünsüzdü. Hazırda maddi vəziyyətinin ağır olduğundan və işsiz olduğundan borcu ödəyə bilmir. Buna görə də borcun hissə-hissə-250 manat ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında borclunun vəkili X9 təmsil etdiyi şəxsin maddi vəziyyətinin nəzərə alınaraq ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında tələbkar X17 ərizəni qəbul etməyərək bidlirdi ki, məhkəmənin müvafiq qətnaməsi ilə onların iddiası təmin olunmuş və hazırda qətnamə qanuni qüvvəsini aldığından icra olunması üçün müvafiq şöbəyə yönəldilmişdir. A.Salmanova tərəfindən ödənilməli olan borcun hamısını tələb etdiyini, ödəniləcək pulla özlərinə ev alacaqlarını, əgər hissə-hissə ödənilərsə bu onların illərlə kirayədə yaşaması demək olacağını bildirmiş və ərizəyə qəti şəkildə etiraz etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında tələbkar X11 digər tələbkar E.Məmmmədovun izahatını təsdiq etdiyini bildirib ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını və ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarından müəyyən edilir ki, Naxçıvan Şəhər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli 2(078)-607/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X4 26604.7 (iyirmi altı min altı yüz dörd manat yetmiş qəpik) manat pul alınıb iddiaçılar Məmmədov Eyvaz Rəşı̇ d oğluna və Hacıyeva Sahı̇ lə Fərhad qızına verilməsi, iddiaçı Məmmədov Eyvaz Rəşı̇ d oğlu tərəfindən "xxxx" ASC Naxçıvan Filialına xx.xx.2022ci il tarixdə 23543 nömrəli qəbzlə ödənilən 174 (bir yüz yetmiş dörd) manat dövlət rüsumunun 165.33 (bir yüz altmış beş manat otuz üç qəpik) cavabdeh X4 alınıb X12 qaytarılması qət edilmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən borcun hissə-hissə ödənilməsi barədə ərizəni təmin edilməməsi qənaətinə gəlir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər hallarını nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətə layiq hallarından asılı etmişdir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 04 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi, və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlannın və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə “ağlabatan müddət” konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Qeyd edilməlidir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Məhkəmə nəzərə alır ki, borclu qətnamənin hissə-hissə icrasına dair ərizə ilə müraciət edərkən bunun səbəbi kimi maddi vəziyyətinin əvvəlki dövrlərdən fərqli olaraq ağır olduğunu göstərsə də, əmlak vəziyyətinin ağırlığını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın da mənafeyi nəzərə alınmaqla ərizə təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin hissə-hissə icra olunmasını təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada nəzərə alınmalıdır ki, borclu məhkəməyə qətnamənin icrasını mümkünsüz edən əlverişsiz halların mövcudluğunu sübut edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, məhkəmə həmçinin borcludan tutulmalı olan məbləğin miqdarını, borclu tərəfindən qətnamə icraya yönəldiyi vaxtdan 26604.7 (iyirmi altı min altı yüz dörd manat yetmiş qəpik) manat pulun ödənilməsi üçün ərizədə ödənilməsi təklif olunan məbləğin (250 manat) kifayət qədər az olmasını və həmin məbləğlə borcun hissə-hissə ödənilməsi təmin ediləcəyi təqdirdə tələbkara olan borcun illərlə ödənilməli olmasını, bunun isə icra işi üzrə tələbkarın maraqlarına və mənafeyinə uyğun olmamasını nəzərə almaqla ərizənin təmin edilməsini ədalətli və ağlabatan hesab etmir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, borclu X13 borcun hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 267-269-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X2 borcun hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №8(078)-161/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-161/2022
14.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver