Məhkəmə qərarları › İş №8(078)-162/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-162/2022

21.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-162/2022 21.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-672/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli və 2(078)-681/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli icra vərəqələrinin icrasını təmin etmək məqsədilə Borclu "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimata açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)- 672/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli və 2(078)-681/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli icra vərəqələri üzrə borclu, xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatı müdafiə edərək, təqdimatda göstərilən xüsusatları bir daha qeyd edərək, təmin olunmasını xahiş etdi. Tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, nümayəndə məhkəməyə gəlməmiş, lakin tələbkar məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına onların iştirakı olmadan baxılmasına etirazlarının olmadığını bildirmişdir. Tələbkar "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə müvafiq olaraq, işə tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, tələbkar "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və Borclu iştirakı olmadan baxılmışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-672/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli və 2(078)-681/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli icra vərəqələri üzrə borclu, xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, təqdimat və ona əlavə olunmuş sənədlərdən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-672/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu 2374.20 (iki min üç yüz yetmiş dörd manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 237.80 (iki yüz otuz yeddi manat səksən qəpik) manat cərimə borcu olmaqla, cəmi 2612 (iki min altı yüz on iki) manat məbləğində borcun və 46.12 (qırx altı manat on iki qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Borclu 24 avqust 2022-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş və 24 avqust 2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surəti qeydiyyatda olduğu ünvana göndərilmişdir. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-681/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu 1415.32 (min dörd yüz on beş manat otuz iki qəpik) manat əsas borc və 337.54 (üç yüz otuz yeddi manat əlli dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 1752.86 (min yeddi yüz əlli iki manat səksən altı qəpik) manat məbləğində borcun və ödənilmiş 37.93 (otuz yeddi manat doxsan üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Borclu 24 avqust 2022-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş və 24 avqust 2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surəti qeydiyyatda olduğu ünvana göndərilmişdir. Həmçinin Borclu 23 sentyabr 2022-ci il tarixdə xəbərdarlıq göndərilmişdir. Borclu barəsində müvafiq orqanlara verilmiş sorğulara əsasən adına tələbin yönəldilə biləcəyi daşınar və daşınmaz əmlak, hesablaşma hesabı olmaması, təqaüd almaması müəyyən olunmuşdur. Könüllü icra üçün müəyyən olunmuş müddətdə icra vərəqəsini üzrsüz səbəbdən icra etmədiyindən Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-672/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli və 2(078)-681/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli icra vərəqələri üzrə borclu, xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: Təqdimat təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-672/2022 nömrəli, 19 avqust 2022ci il tarixli və 2(078)-681/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli icra vərəqələri üzrə borclu, xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar