Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-164/2025 20.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-221/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu "məcburi gətirilməsi” haqqında təqdimata açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Tələbkar və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. İşə icra məmurunun, tələbkarın və borclunun iştirakı olmadan baxılmışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar borclu Rzayev X6 Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Belə ki, təqdimat və ona əlavə olunmuş sənədlərdən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-221/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli icra vərəqəsinə əsasən, Borclu 19 yanvar 2023-cü tarixdən hesablanmaqla hər ay sabit məbləğdə 200 (iki yüz) manat miqdarında alimentin tutularaq 05 oktyabr 2013-cü il təvəllüdlü X1 üçün Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Borclu 05 iyul 2023-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş və 05 iyul 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surəti qeydiyyatda olduğu ünvana göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, borclu Rzayev X6 Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-221/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli icra vərəqəsi üzrə tələbin könüllü icrası barədə bildirişə baxmayaraq, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə gəlməkdən, eləcə də, icra sənədi üzrə müəyyən edilmiş borcu ödəməkdən üzrsüz səbəbdən yayındığından, o, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki-Prosessual Məcəllənin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: Təqdimat təmin edilsin. xx xxxxxx 1983-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Rzayev X6 Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Naxçıvan Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №8(078)-164/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-164/2025
20.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver