Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-166/2025 30.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Tələbkar X4 və Borclu iştirakları ilə Tələbkar X4 Borclu qarşı sabit pul məbləğində alimentin indeksasiya olunması tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Tələbkar X8 Borclu qarşı sabit pul məbləğində alimentin indeksasiya olunması tələbinə dair ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2(078)-1035/2024 nömrəli qətnaməsi ilə yetkinlik yaşına çatmamış 13 sentyabr 2015-ci il təvəllüdlü X9 ilə 31 iyul 2016-cı il təvəllüdlü X1 üçün qət edilmiş sabit məbləğdə hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə iki uşaq üçün 340 (üç yüz qırx) manat miqdarında alimentin icra icraatı qaydasında 2025-ci il üzrə yaşayış minimumuna indeksasiya olunmasını məhkəmədən xahiş etmişdir. Tələbkar X8 ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, Borclu ilə 07 avqust 2014-cü ildə Naxçıvan şəhər Nikah Evində nikah qeyd etdirərək evlənmişlər. Birgə nikahlarından 13 sentyabr 2015-ci il təvəllüdlü X9 və 31 iyul 2016-cı il təvəllüdlü X7 doğulmuşdur. Ailə münasibətləri pozulduğundan Naxçıvan Şəhər Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə Şamxalla aralarında bağlanmış nikah qeydi pozularaq uşaqların onun yanında saxlanılması və iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu hər ay hər bir uşaq üçün 170 manat olmaqla iki uşaq üçün 340 manat miqdarında sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi müəyyən edilmişdir. Hazırda həmin məbləğ övladlarının saxlanılması üçün kifayət etmir. Şamxal isə qət olunmuş alimenti ödəməklə kifayətlənir. Uşaqların digər tələbatlarına lazımi köməklik etmədiyindən aliment məbləğinin artırılmasını istəyir. Məhkəmə iclasında iştirak edən tələbkar X8 izahatında borclunun uşaqları görmədiyini, maraqlanmadığını, 2 uşağı olduğunu, borclunun uşağı olan biri ilə evləndiyini, ona baxdığını, öz uşaqlarına baxmadığını, uşağının xəstə olduğunu, onu xəstəxanaya aparacağını, alimentin indeksasiya edilməsini istədiyini bildirərək ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu izahatında maddi imkanı olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2(078)-1035/2024 nömrəli qətnaməsindən görünür ki, 06 avqust 2024-cü il tarixdən hesablanmaqla, 13 sentyabr 2015-ci il təvəllüdlü X5 və 31 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçı Borclu hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə iki uşaq üçün 340 (üç yüz qırx) manat miqdarında sabit pul məbləğində aliment tutularaq, uşaqların anası X6 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli, 15 nömrəli qərarının 1, 1.2 və 1.2.1.-ci bəndlərindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8-ci bənd üzrə 8.4-cü bəndə “8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).” məzmununda 8.4-2-ci yarımbəndin əlavə edilməsi qərara alınmışdır. Məhkəmə belə qeyd edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2(078)-1035/2024 nömrəli qətnaməsi çıxarılan vaxt minimum əmək haqqı 345 manat müəyyən edildiyindən həmin vaxt bir uşaq üçün müvafiq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment məbləği həmin dövr üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.49 mislini təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, tələbkar X4 Borclu qarşı sabit pul məbləğində alimentin indeksasiya olunması tələbinə dair ərizəsi təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2(078)- 1035/2024 nömrəli qətnaməsi ilə 13 sentyabr 2015-ci il təvəllüdlü X5 və 31 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Borclu tutulan hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə iki uşaq üçün 340 (üç yüz qırx) manat miqdarında sabit pul məbləğində aliment sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.49 misli həddində indeksasiya edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Tələbkar X4 Borclu qarşı sabit pul məbləğində alimentin indeksasiya olunması tələbinə dair ərizəsi təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2(078)-1035/2024 nömrəli qətnaməsi ilə 13 sentyabr 2015-ci il təvəllüdlü X5 və 31 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Borclu tutulan hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə iki uşaq üçün 340 (üç yüz qırx) manat miqdarında sabit pul məbləğində aliment sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.49 misli həddində indeksasiya edilsin. İndeksasiya edilmiş alimentin tutulması qərardad qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №8(078)-166/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-166/2025
30.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver