Məhkəmə qərarları › İş №8(078)-167/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-167/2023

01.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-167/2023 01.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, X1 iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsinin binasında Naxçıvan Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(078)-367/2023 nömrəli qətnaməsinin hissə-hissə ödənilməsinə dair X3 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: X3 ərizə ilə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(078)-367/2023 nömrəli qətnaməsinin hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X3 ərizəsində bildirmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(078)-367/2023 nömrəli qətnaməsi ilə ondan “Cehvrolet Malibu” markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobilə vuruğu zərərə görə 1465 (bir min dörd yüz altmış beş) manat pul alınaraq iddiaçı X4 ödənilməsi, iddiaçı X5 tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" ASC Kəngərli filialına 13049 nömrəli qəbzlə ödənilmiş 34.65 (otuz dörd manat altmış beş qəpik) manat dövlət rüsumunun alınıb iddiaçıya qaytarılması qət edilmişdir. Hazırda heç bir yerdə işləmir və gəliri yoxdur. Öhdəliyində 1 övladı var və ona hər ay 200 manat aliment ödəyir. Bu məbləğin tam şəkildə ödənməsi mümkün deyil. Buna görə də 30 ay davamlı olaraq 50 manat, sonuncu ay isə borcu tamamilə bağlaya bilər. X3 məhkəmə baxışı iclasında ərizəni müdafiə edərək bildirmişdir ki, əmlak vəziyyəti ağırdır və heç bir yerdə işləmir. Pulun hissə-hissə 30 ay davamlı olaraq 50 manat, sonuncu ay isə borcu tamamilə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tələbkar məhkəmə iclasına gəlməmiş, lakin o, xx.xx.2023-cü il tarixdə məhkəmənin elektron poçt ünvanına ərizə göndərərək qeyd etmişdir ki, o, məhkəmə iclasında iştirak edə bilməyəcək. Ərizəni qəbul etmir və rədd olunmasını xahiş edir. Məhkəmə iş materiallarını və ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarından müəyyən edilir ki, Naxçıvan Şəhər Məhkəməsinin 06 iyun 2023cü il tarixli 2(078)-367/2023 nömrəli qətnaməsi ilə iddiaçı X2 cavabdeh X8 qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddiası təmin olunaraq cavabdeh X6 “Cehvrolet Malibu” markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobilə vuruğu zərərə görə 1465 (bir min dörd yüz altmış beş) manat pul alınaraq iddiaçı X4 ödənilməsi, iddiaçı X5 tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" ASC Kəngərli filialına 13049 nömrəli qəbzlə ödənilmiş 34.65 (otuz dörd manat altmış beş qəpik) manat dövlət rüsumunun cavabdeh X6 alınıb iddiaçıya qaytarılması qət edilmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən borcun hissə-hissə ödənilməsi barədə ərizəni təmin edilməməsi qənaətinə gəlir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər hallarını nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətə layiq hallarından asılı etmişdir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 04 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi, və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlannın və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə “ağlabatan müddət” konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Qeyd edilməlidir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Məhkəmə nəzərə alır ki, borclu qətnamənin hissə-hissə icrasına dair ərizə ilə müraciət edərkən bunun səbəbi kimi maddi vəziyyətinin ağır olduğunu göstərmiş, lakin məhkəmə qərarı icra olunduğu gündən bu günə qədər heç bir icra ödənişi həyata keçirilməmişdir. Ümumi ödənilməli olan pul məbləği az miqdardadır və həmin məbləğin hər ay 50 manat olaraq ödənilməsi üç ilə yaxın bir müddəti əhatə edir ki, bu hal tələbkarın mənafeyinə açıq-aşkar ziddir. Borclu işləmək üçün hər hansı sağlamlıq probleminin olmadığını bildirmişdir. Belə olan halda onun aliment öhdəliyinin olması və işəməməsi borcun bu cür ödənilməsini əsas hesab etmir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin hissə-hissə icra olunmasını təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada nəzərə alınmalıdır ki, borclu məhkəməyə qətnamənin icrasını mümkünsüz edən əlverişsiz hallar hazırki vəziyyətdə mövcud deyildir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X1 qətnamənin hissə-hissə ödənilməsi barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 267-269-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X1 Naxçıvan Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(078)-367/2023 nömrəli qətnaməsinin hissə-hissə ödənilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar