Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-170/2022 23.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, Naxçıvan Şəhər Məhkəməsinin binasında Naxçıvan Şəhər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli 2(078)-607/2022 nömrəli qətnaməsinin icrasına möhlət verilməsinə dair X3 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: X3 ərizə ilə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli 2(078)-607/2022 nömrəli qətnaməsinin icrasına 3 (üç) ay möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X3 ərizəsində bidlirmişdir ki, məhkəmənin 01 sentyabr 2022-ci il tarixli 2(078)- 607/2022 nömrəli qətnaməsi ilə tələbkarların ona qarşı qaldırdığı iddia qismən təmin edilmiş və ondan 26604.7 (iyirmi altı min altı yüz dörd manat yetmiş qəpik) manat pul alınıb tələbkarlara verilməsi müəyyən edilmişdir. A.Qasımova qeyd etmişdir ki, onunla tələbkar X13 arasında xx.xx.2018-ci ildə ona məxsus fərdi yaşayış evinin nisyə alqı-satqı Sazişi bağlanmış və həmin saziş üzrə X14 ona hər ay 600 manat, ilin sonunda isə 10000 manat ödəməklə ümumilikdə 60000 manat pul ödəməli idi. O, həmin müqaviləyə arxayın olaraq "xxxx" MTK-dan ayda 585 manat ödəmək şərti ilə kreditlə ev almış ( Bakı şəhəri, Kristal Abşeron 1, 18/172), işini elə planlaşdırmışdır ki, X14dan aldığı pulu kredit ödənişi olaraq Kristal Abşeron MTK-ya ödəsin. Bir neçə il Eyvaz Məmmədov ödənişlərini vaxtında ödəmiş, lakin 2021-ci ilin noyabr ayından Sazişin tələblərini pozaraq ödəniş etmədiyinə görə o da Kristal Abşeron MTK-dan kreditlə götürdüyü evin ödənişlərini ödəyə bilməmiş, nəticədə həmin evdən məcburi qaydada çıxarılmış və Kristal Abşeron MTK-ya ilkin ödənişlə birlikdə ödədiyi 28000 manat pulu da geri qaytarılmamışdır. Hal-hazırda o, X14un qeyd olunan Sazişin tələblərini pozması səbəbindən 28000 manat ziyana düşüb. Sonra məhkəmə işləri ilə əlaqədar Naxçıvan şəhərinə qayıtdığından işlədiyi yerdən də çıxmalı olmuş, hal-hazırda Bakı şəhəri, Kristal Abşeron 1, 18/172 ünvanından məcburi çıxarıldığına görə övladı və yaşlı anası ilə birlikdə Bakı şəhəri, Kristal Abşeron 1, 10/156 ünvanında 350 (kommunal xərclərlə birlikdə 450 AZN) manata kirayədə yaşayır. Maddi vəziyyəti hazırda tələbkarın pulunu tez bir zamanda bütünlüklə qaytarmağa imkan vermir. Hal-hazırda heç bir yerdə işləmir, anasının pensiyası və yaxın rəfiqələrinin yardımı ilə işlərini qaydaya salmağa çalışır. Hazırkı qətnamə ilə X14a qaytarılmalı olan 26604.7 manat pulu ödəməkdə maraqlıdır. Çünki Kəngərli rayon Məhkəməsinin 2(111)-57/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə tələbkar X9 və onun ailə üzvlərinin onun mülkiyyətində olan Naxçıvan şəhəri, H.Cavid küçəsi 28A yerləşən evindən məcburi qaydada çıxarılması qət edilmişdir. Buna baxmayaraq məhkəmə icraçılarının dediklərinə görə qətnaməni icra edə bilmirlər, səbəb olaraq da göstərirlər ki, X14un 26604.7 manat pulu əvvəlcə ödənilməlidir, sonra onlar evdən məcburi qaydada çıxarılmalıdı. Hansı ki, Eyvaz Məmmədov və onun ailə üzvlərinin evdən məcburi qaydada çıxarılması qətnaməsi X14un 26604.7 manat pulunun qaytarılması qətnaməsindən 5 ay əvvəl çıxarılmışdır. X14 və onun ailə üzvləri onun evindən nə qədər tez çıxarlarsa o, həmin evi Bakı şəhərində hər hansı bir evlə dəyişməklə, yaxud kirayə verməklə əldə edəcəyi pulla öz yaşayış səviyyəsini xeyli yaxşılaşdıra bilər. Buna baxmayaraq X14 və onun ailə üzvləri evdən çıxmırlar, onun isə tələb edilən vəsaiti bir dəfəyə ödəmək imkanı yoxdur. O, evin satış elanını da maklerlərə bildirib, əgər satılarsa bir dəfəyə nağd şəkildə borcunu ödəyəcək. Bundan əlavə sözügedən qənamədə də açıq-aydın göstərilib ki, tələbkar ondan tələb etdiyi 26604.7 manat pulu nağd şəkildə bir dəfəyə ödəməyib, evində yaşayaraq heç bir yerə kirayə pulu ödəmədən aylıq hissə-hissə ödəyib. Hazırda tələbkarın Sazişin şərtlərini pozması səbəbindən həm evi əlindən alındığına görə 28000 manat maddi ziyana düşüb, həm də əvvəllər Bakı şəhərində işləyib ailəsi ilə birlikdə orda yaşadığına görə məcbur olaraq Bakı şəhərində kirayə ev tutub kirayə pulu ödəyir. Bütün bunlara baxmayaraq yuxarıda qeyd olunan borcunu ödəmək istəyir, lakin maddi vəziyyəti buna imkan vermir. Bu səbəbdən də 26604.7 manat borcu bir dəfəyə bütünlüklə ödəməyi mümkünsüzdü. Hazırda maddi vəziyyətinin ağır olduğundan və işsiz olduğundan borcu ödəyə bilmir. Buna görə də Naxçıvan Şəhər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli 2(078)-607/2022 nömrəli qətnaməsinin icrasına 3 (üç) ay möhlət verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişdir. X3 məhkəməyə təqdim etdiyi sənədlərə xx.xx.2022-ci tarixli ərizə əlavə edərək ərizəni müdafiə etdiyini, lakin səhhəti ilə bağlı olaraq Bakı şəhərinə getməli olduğundan məhkəmə prosesini onun iştirakı olmadan keçirilməsi və ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixli ərizə ilə tələbkarlar X13 və X10 ərizəni qəbul edərək X2 Naxçıvan Şəhər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli 2(078)-607/2022 nömrəli qətnaməsinin icrasına 3 (üç) ay möhlət verilməsinə etiraz etmədilkərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, Naxçıvan Şəhər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli 2(078)-607/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X4 26604.7 (iyirmi altı min altı yüz dörd manat yetmiş qəpik) manat pul alınıb iddiaçılar Məmmədov Eyvaz Rəşı̇ d oğluna və Hacıyeva Sahı̇ lə Fərhad qızına verilməsi, iddiaçı Məmmədov Eyvaz Rəşı̇ d oğlu tərəfindən "xxxx" ASC Naxçıvan Filialına xx.xx.2022ci il tarixdə 23543 nömrəli qəbzlə ödənilən 174 (bir yüz yetmiş dörd) manat dövlət rüsumunun 165.33 (bir yüz altmış beş manat otuz üç qəpik) cavabdeh X4 alınıb X11 qaytarılması qət edilmişdir. Kəngərli rayon Məhkəməsinin 2(111)-57/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə tələbkar X9 və onun ailə üzvlərinin onun mülkiyyətində olan Naxçıvan şəhəri, H.Cavid küçəsi 28A yerləşən evindən məcburi qaydada çıxarılması qət edilmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən borcun hissə-hissə ödənilməsi barədə ərizəni təmin edilməsi qənaətinə gəlir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər hallarını nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin icrasına möhlət verilməsinin mümkünlüyünü müəyyən etməklə yanaşı bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətə layiq hallarından asılı etmişdir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 04 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi, və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlannın və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə “ağlabatan müddət” konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə nəzərə alır ki, borclu qətnamənin icrasına möhlət verilməsinə dair ərizə ilə müraciət edərkən bunun səbəbi kimi maddi vəziyyətinin ağır olduğunu göstərmiş, eyni zamanda tələbkarlar da qətnamənin icrasına möhlət verilməsinə etirazının olmadığını bildirmişdir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X1 qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi təmin edilməli, tələbkarlar X13 və X8 ərizəsi nəzərə alınmaqla X2 Naxçıvan Şəhər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli 2(078)-607/2022 nömrəli qətnaməsinin icrasına 3 (üç) ay möhlət verilməsi verilməli, icraya nəzarət Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 267-269-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: X1 qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilsin. X2 Naxçıvan Şəhər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli 2(078)-607/2022 nömrəli qətnaməsinin icrasına 3 (üç) ay möhlət verilsin. Qərardadın icrasına nəzarət Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №8(078)-170/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-170/2022
23.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver