Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-172/2022 30.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-542/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu məcburi gətirilməsi barədə təqdimatın geri qaytarılmasına dair icra məmurunun ərizəsinə baxaraq müəyyənetdim: Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-542/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2020-ci il tarixli, BPM**********09 nömrəli kredit müqaviləsi üzrə 4699.30 (dörd min altı yüz doxsan doqquz manat otuz qəpik) manat əsas borc, 843.45 (səkkiz yüz qırx üç manat qırx beş qəpik) manat faiz borcu olmaqla, cəmi 5542.75 (beş min beş yüz qırx iki manat yetmiş beş qəpik) manat məbləğində pulun cavabdeh Borclu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, 75 (yetmiş beş) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının Borclu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. 22 noyabr 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və X2 Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək təqdimatda xx.xx.2022-ci il tarixli qərarla icraata başlanmış, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)- 542/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1986-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 4699.30 manat əsas borc, 843.45 manat faiz borcu və 75.40 manat dövlət rüsumu olmaqla, cəmi 5618.15 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli olduğunu, qeyd olunan icra sənədinin icraata qəbul edildiyini, icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası barədə bildirişin xx.xx.2022-ci il tarixdə borcluya göndərildiyini, borcluya tələbin könüllü təmin edilməsinin təklif olunduğunu və tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsi barədə xəbərdarlıq edildiyini, lakin borclunun tələbi könüllü təmin etmədiyini, icra hərəkətlərinin həyata keçirilməsindən yayındığını, icra sənədi üzrə icra hərəkətləri həyata keçirilərkən borclunun adına tələbin yönəldilə biləcəyi əmlakın müəyyən edilmədiyini, borcluya dəfələrlə tələbin təmin edilməsinin təklif olunduğunu şöbəyə dəvət edildiyini, borclu tələbi təmin etmədiyindən və şöbəyə gəlmədiyindən onun barəsində məcburi gətirilməsi barədə məhkəməyə təqdimat verilməsi haqqında qərar qəbul edildiyini, həmin qərarın xx.xx.2022ci il tarixdə məhkəməyə və tərəflərə göndərdildiyini, lakin borclunun təkrarən tələbi təmin etmədiyini və şöbəyə gəlmədiyini qeyd etmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1 30 noyabr 2022-ci il tarixdə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-542/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair xx.xx.2022-ci il tarixli təqdimatın "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən baxılması üçün məhkəməyə göndərildiyini bildirərək borclu barəsində göndərilmiş təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, icra məmurunun borclu barəsində məhkəməyə təqdim etdiyi borclunun məcburi gətirilməsi barədə təqdimatın geri qaytarılması barədə müraciəti əsaslıdır. Müraciət əsaslı sayıldığından onun hüquqi həlli ilə bağlı məhkəmə bildirir ki, təqdimatlara baxılması qaydası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə tənzimlənsə də, həmin Məcəllə ilə hazırki məsələnin hüquqi həlli tənzimlənmir. Bu vəziyyətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 13.4-cü maddəsinin – “barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 13.2-ci maddəsinin –“əvvəlcə qanunun analogiyasından istifadə olunur, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir” normalarını rəhbər tutmaqla yuxarıda qeyd olunan məsələ həll edilməlidir. Məhkəmə qeyd edir ki, təqdimatın geri qaytarılması barədə müraciətə baxılmasının hüquqi həlli ilə bağlı Azərbaycan Respublikası “İcra haqqında” Qanunu və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində müvafiq prosessual hüquq norması olmadığından, həmin Qanunun 1.1-ci və Mülki-Prosessual Məcəllənin 13.4-cü maddələrinin tələbini nəzərə almaqla həmin Məcəllənin icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçının iddia ərizəsinin qaytarılmasına dair müraciətinə baxılmasını nizamlayan hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.9-cu maddələrinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki vəziyyətdə icra məmuru təqdimatın geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, təqdimat və ona əlavə edilmiş sənədlər icra məmuruna geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-542/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu məcburi gətirilməsi barədə təqdimat ona əlavə edilmiş sənədlərlə birlikdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan, qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №8(078)-172/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-172/2022
30.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver