Məhkəmə qərarları › İş №8(078)-176/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-176/2024

28.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-176/2024 28.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Borclu iştirakı ilə, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş e-2(078)-1199/2022 nömrəli, 26 yanvar 2023-cü il tarixli icra vərəqəsi üzrə Borclu əmlakının üzərinə həbs qoyulması haqqında təqdimatına açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu adına ünvan 1 ünvanında yerləşən 0.0296 ha fərdi yaşayış məqsədli torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad verilməsini xahiş etmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 və tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə müvafiq olaraq, işə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmışdır. Borclu izahatında borcunun olduğunu, üzrlü səbəblərdən ödəyə bilmədiyini, müvafiq qərar verilməsini xahiş etdi. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və icra vərəqəsi üzrə əmlak üzərinə həbs qoyulmalıdır. Belə ki, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş e-2(078)-1199/2022 nömrəli, 26 yanvar 2023-cü il tarixli icra vərəqəsinə əsasən, cavabdehlər X4 və Borclu xx.xx.2019-cu il tarixli ******* saylı Kredit Müqaviləsi üzrə 3200.35 (üç min iki yüz manat otuz beş qəpik) manat əsas, 347.07 (üç yüz qırx yeddi manat yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 3547.42 (üç min beş yüz qırx yeddi manat qırx iki qəpik) manat məbləğində kredit borcunun iddiaçı Tələbkar-nin xeyrinə tutulması, Tələbkar tərəfindən xx.xx.2022-ci il tarixdə X6 və ya AsanPay vasitəsilə ********* nömrəli qəbzlə ödənilmiş 55.88 (əlli beş manat səksən səkkiz) manatın cavabdehlər X4 və Borclu tutularaq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş elektron məlumata əsasən, Borclu mülkiyyətində ünvan 1 ünvanında yerləşən 0.0296 ha fərdi yaşayış məqsədli torpaq sahəsi vardır. İş üzrə sübutlarla təsdiq olunur ki, Borclu mülkiyyətində ünvan 1 ünvanında yerləşən 0.0296 ha fərdi yaşayış məqsədli torpaq sahəsi vardır. Ona görə də, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş e-2(078)-1199/2022 nömrəli, 26 yanvar 2023-cü il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu əmlakının üzərinə həbs qoyulması haqqında təqdimatı təmin olunmalı və Naxçıvan Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş e-2(078)-1199/2022 nömrəli, 26 yanvar 2023-cü il tarixli icra vərəqəsi üzrə Borclu əmlakının üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.4 və 50.4.1-ci maddələrinə görə, tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün borclunun əmlakı üzərinə həbs qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı"nın 1-ci bəndinin tələbinə əsasən, bu Siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: Təqdimat təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş e-2(078)-1199/2022 nömrəli, 26 yanvar 2023-cü il tarixli icra vərəqəsi üzrə Borclu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0296 ha fərdi yaşayış məqsədli torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar