Məhkəmə qərarları › İş №8(078)-18/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-18/2023

09.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-18/2023 09.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Tələbkar iştirakı ilə, Tələbkar Borclu qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-483/2022 nömrəli, 08 avqust 2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu məcburi gətirilməsi barədə təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 qeyd olunan icra sənədi üzrə Borclu Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-483/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh Borclu 950 (doqquz yüz əlli) manat pulun alınaraq iddiaçı Tələbkar verilməsi, iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. 26 yanvar 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və X3 Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək təqdimatda 2(078)-483/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1994-cü ildə Babək rayonu, Qaraxanbəyli kəndində doğulmuş, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan Borclu 950 (doqquz yüz əlli) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq Tələbkar xeyrinə ödənilməli olduğunu, icra sənədinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə daxil olduğunu, qanunamüvafiq qaydada icraya yönəldildiyini, icraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surətinın bildirişlə icra sənədi üzrə Borclu göndərildiyini, borcluya tələbin könüllü olaraq təmin edilməsinin təklif olunduğunu, tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsi barədə xəbərdarlıq edildiyini, lakin Borclu tərəfindən icra sənədində göstərilən tələbin könüllü olaraq tam təmin edilmədiyini, borclunun 25 yanvar 2023-cü il tarixədək 780 (yeddi yüz səksən) manat məbləğində borcu olduğunu, icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirildiyini, borclunun adına tələbin yönəldilə biləcəyi gəlir və əmlakın müəyyən edilmədiyini, Borclu xəbərdarlıqla Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə dəvət edildiyini, ona tələbin könüllü təmin edilməsinin təklif olunduğunu, lakin Borclu tələbi təmin etməkdən və icra məmurunun çağırışı ilə gəlməkdən yayındığını, barəsində 14 dekabr 2022-ci il tarixdə məcburi gətirilməsi barədə qərar qəbul edildiyini, qərarın Naxçıvan Şəhər Məhkəməsinə və tərəflərə göndərildiyini qeyd etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə borcluya və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər və məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında Borclu borcunu ödəməkdən yayındığını, onun da orclunun ödəməli olduğu pula ehtiyacı olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İcra haqqında Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-483/2022 nömrəli, 08 avqust 2022-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Təqdimata əlavə edilmiş poçt xəbərnaməsindən görünür ki, adı çəkilən bildiriş və icraata başlamaq haqqında qərar Borclu göndərilmiş və onun tərəfindən qəbul edilmişdir. Həmçinin icraata başlamaq haqqında qərarın məzmunundan o da aydın olur ki, borcluya tələbin könüllü surətdə icra olunması üçün 10 günlük müddət təyin olunmuşdur. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, borcluya xx.xx.2022-ci il tarixdə xəbərdarlıq göndərilmişdir. xx.xx.2022-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərara əsasən borclu xx.xx.1994-cü ildə Babək rayonu, Qaraxanbəyli kəndində doğulmuş, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan Borclu Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi məcburi qaydada gətirilməsi barədə Naxçıvan Şəhər Məhkəməsinə təqdimat verilməsi qərara alınmışdır. Qeyd olunan qərarın surəti borcluya göndərilsə də borclu yenə də İcra və Probasiya Şöbəsinə gəlməmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsində göstərilir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Təqdimata əlavə edilmiş sənədlərdən də aşkar surətdə göründüyü kimi, borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə də məhkəmə hesab edir ki, borclu Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda göstərilənləri və «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin təqdimatı təmin olunsun. Tələbkar Borclu qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-483/2022 nömrəli, 08 avqsut 2022-ci il tarixli icra sənədinin icrası üzrə xx.xx.1994-cü ildə Babək rayonu, Qaraxanbəyli kəndində doğulmuş, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan Həsənov X2 Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Naxçıvan Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərardaddan, qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar