Məhkəmə qərarları › İş №8(078)-183/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-183/2024

14.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-183/2024 14.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-694/2023 saylı, xx.xx.2023cü il tarixli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1628/2023 saylı, xx.xx.2024-cü il tarixli və X4 Borclu qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-377/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrası ilə bağlı Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-694/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu "xxxx" ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 648.74 (altı yüz qırx səkkiz manat yetmiş dörd qəpik) manat və borca illik 5%-lə hesablanmış 89,20 (səksən doqquz manat iyirmi qəpik) manat əldən çıxmış faydanın tutulub "xxxx" ASC-nin xeyrinə ödənilməsi və iddiaçı "xxxx" ASC tərəfindən X2 və ya AsanPay vasitəsilə xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Borclu alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1628/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Borclu xx.xx.2022-ci il tarixli müqavilə üzrə Playstation 5 üçün 1465.92 (bir min dörd yüz altmış beş manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 146.08 (yüz qırx altı manat səkkiz qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1612 (bir min altı yüz on iki) manat məbləğində borcun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması və "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X7 Portalına və ya AsanPay vasitəsilə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 36.12 (otuz altı manat on iki qəpik) manat dövlət rüsumunun cavabdeh Borclu alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-377/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu xx.xx.2021-ci il tarixli, 23 nömrəli Nisyə mal satınalması müqaviləsi üzrə 410 (dörd yüz on) manat əsas, 20.5 (iyirmi manat əlli qəpik) manat gecikdirilmiş dəbbə borcu olmaqla ümumilikdə 430.5 (dörd yüz otuz manat əlli qəpik) manat borcun iddiaçı X4 xeyrinə tutulması və X8 tərəfindən Azərbaycan Respublikası Mərkəzi X7 Portalına xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin cavabdeh Borclu alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. 31 oktyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və X3 Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək təqdimatda icraatda olan Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-694/2023 saylı, xx.xx.2023-cü il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1628/2023 saylı, xx.xx.2023- cü il tarixli və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-377/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə borclu xx.xx.1989-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-694/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 767,94 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1628/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 1648,12 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-377/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 460.5 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar X4 xeyrinə ödənilməli olduğunu, qeyd olunan icra sənədlərinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə daxil olduğunu, qanunamüvafiq qaydada icraya yönəldildiyini, icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surətinin bildirişlə Borclu göndərildiyini, "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələbin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilmədiyindən "İcraata başlamaq haqqında” qərar və “Tələbin könüllü icrası barədə” bildirişlə Borclu tələbin könüllü təmin edilməsinin təklif olunduğunu, tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edildiyini, lakin Borclu tələbi tam təmin etmədiyini, borclu tələbi könüllü təmin etmədiyindən barəsində məcburi icra tədbirləri təyin edildiyini, icra sənədi üzrə icra hərəkətləri həyata keçirilərkən borclunun adına tələbin yönəldilə biləcəyi əmlak-mülk müəyyən edilmədiyini, göstərilənləri nəzərə alaraq, icra sənədi üzrə tələbi tam təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məcburi icra tədbirinin tətbiq edilməli olduğunu hesab etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə tələbkarlar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və X6, Borclu və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər və məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanunun bu tələbindən aydın görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat üç şərt mövcud olduqda məhkəmə tərəfindən təmin oluna bilər. Belə ki, icra sənədi pul tələbi ilə bağlı olmalı, bu icra sənədi üzrə borcluya könüllü icra üçün vaxt verilməli və sonda isə borclu tərəfindən icra sənədinin icra edilməməsi üçün səbəb üzrsüz olmalıdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, hazırki təqdimatın təmin olunması üçün lazım olan şərtlərin hamısı mövcuddur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsində qeyd olunur ki, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli Kollegiya qərarı ilə təsdiq olunmuş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2 və 2.2.1-ci bəndində isə qeyd olunur ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünü idarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Məhkəməyə təqdim olunan təqdimat və ona əlavə edilən sənədlərdən aydın olur ki, icraata başlamaq haqqında qərarlar və tələbin könüllü icrası üçün bildirişlər Borclu göndərilmişdir. Həmçinin icraata başlamaq haqqında qərarların məzmunundan o da aydın olur ki, borcluya tələbin könüllü surətdə 10 gün müddətində icra olunması təklif olunmuşdur. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci bəndinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Yuxarıda qeyd olunan Təlimatın 2.4-cü bəndində qeyd olunur ki, təqdimata icraat materialının, o cümlədən, borcluya icraata başlamaq haqqında qərarın, könüllü icra üçün verilmiş müddət barədə bildiriş, onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. İcra xidməti tərəfindən yuxarıda qeyd olunan normanın tələbində qeyd olunanlar yerinə yetirilərək icra hərəkətlərinin yerinə yetirilməsini təsdiq edən sənədlər təqdimata əlavə olunmuşdur. İş materiallarında olan icra işi üzrə elektron sorğudan görünür ki, borclunun heç bir əmlakı və gəlirləri müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatı təmin olunmalı; - Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-694/2023 saylı, xx.xx.2023-cü il tarixli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)- 1628/2023 saylı, xx.xx.2024-cü il tarixli və X4 Borclu qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-377/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədlərinin icrası ilə bağlı xx.xx.1989-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı; -Qərardadın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.2-ci maddəsinin tələbinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.4, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatı təmin olunsun. Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-694/2023 saylı, xx.xx.2023cü il tarixli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1628/2023 saylı, xx.xx.2024-cü il tarixli və X4 Borclu qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-377/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrası ilə bağlı xx.xx.1989-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan, qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar