Məhkəmə qərarları › İş №8(078)-186/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-186/2025

04.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-186/2025 04.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı Borclu məhkəmə qətnaməsinin hissə-hissə icra olunması tələbinə dair ərizəsini nəzərdən keçirərək, müəyyənetdim: Borclu ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-437/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə ondan "Kapital Bank” ASC-nin xeyrinə tutulmalı olan pulun hər ay 250 manat olmaqla hissə-hissə icra olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir: Ərizənin giriş hissəsində Borclu özünün rəsmi qeydə alındığı ünvanı və şəxsiyyət vəsiqəsinin seriya nömrəsini qeyd etməmişdir. Eyni zamanda tələbkarın adını, yerləşdiyi ünvanı da ərizədə göstərməmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, ərizədə borclunun və tələbkarın yuxarıda qeyd olunan məlumatlarının göstərilməməsi onların məhkəmə iclasında iştirakının təmin olunması və qanunvericiliklə müəyyən edilmiş hüquqlardan istifadə edilməsinin təmin olunmasına çətinlik yaradır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, icra haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunundan, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən, habelə digər qanunvericilik aktlarından ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə qeyd edir ki, icra icraatı qaydasında verilmiş ərizənin geri qaytarılmasının hüquqi həlli ilə bağlı Azərbaycan Respublikası “İcra haqqında” Qanunu və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində müvafiq prosessual hüquq norması olmadığından, həmin Qanunun 1.1-ci və Mülki-Prosessual Məcəllənin 13.4-cü maddələrinin tələbini nəzərə almaqla həmin Məcəllənin iddia ərizəsinin geri qaytarılmasını nizamlayan hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2 və 149.2.2-ci maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə ərizəni araşdırıb hesab edir ki, Borclu məhkəmə qətnaməsinin hissəhissə icra olunması tələbi barədə ərizəsi qanunvericiliyin tələblərinə əməl edilmədən verildiyi üçün geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Borclu məhkəmə qətnaməsinin hissə-hissə icra olunması tələbi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar