Məhkəmə qərarları › İş №8(078)-190/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-190/2025

19.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-190/2025 19.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Tələbkar Borclu qarşı sabit pul məbləğində alimentin indeksasiya olunması tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Tələbkar Borclu qarşı sabit pul məbləğində alimentin indeksasiya olunması tələbinə dair ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(078)-351/2021 nömrəli qətnaməsi ilə müəyyən olunan alimentin məbləğinin indeksasiya edilərək, sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə minimal əmək haqqının 0,52 misli miqdarında müəyyən olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbkar ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(078)-351/2021 saylı qətnaməsi ilə, X6 ilə Borclu arasında 15 aprel 2015-ci-ci il tarixdə Babək rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 37 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan 17 may 2017-ci il təvəllüdlü X2 anası X3 yanında saxlanılması, 25 fevral 2021-ci il tarixdən hesablanmaqla, 17 may 2017-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X4 ödənilməsi qət olunmuşdur. Qətnamə ilə müəyyən olunan aliment məbləğinin “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarına dəyişiklik edilməsi barədə" 20 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən hazırda ölkə üzrə müəyyən olunmuş minimal əmək haqqına münasibətdə indeksləşdirilməsi zərurəti yaranmışdır. 2021-ci il üzrə ölkə üzrə minimum əmək haqqı məbləği 250 manat müəyyən olunmuşdur. X5 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə Tələbkar məlumat verilməsinə baxmayaraq tələbkar məhkəmə iclasında iştirak etməmişdir. Tələbkar nümayəndəsi Nümayəndə 18 avqust 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək ərizəsində icraatda olan alimentin indeksləşdirilməsi barədə 8(078)-190/2025 saylı iş üzrə məhkəmə iclasının 19 avqust 2025-ci il, saat 09:45-ə təyin edildiyini, 19 avqust 2025-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan daha əvvəlcədən təyin edilmiş məhkəmə baxış iclasında iştirakı zəruri olduğundan hazırki iş üzrə ərizəyə baxılması ilə bağlı məhkəmə iclasında iştirakı üzrlü səbəbdən mümkün olmadığını, ona görə də, icraatında olan 8(078)- 190/2025 saylı iş üzrə məhkəmə iclasının ərizəçinin və onun nümayəndə-vəkilinin iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə Tələbkar nümayəndəsi Nümayəndə ərizəsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsaslanaraq tələbkarın iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə Borclu məlumat verilməsinə baxmayaraq borclu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsaslanaraq borclunun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(078)-351/2021 nömrəli qətnaməsindən görünür ki, X6 ilə Borclu arasında 15 aprel 2015-ci il tarixdə Babək rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 37 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan 17 may 2017-ci il təvəllüdlü X2 anası X3 yanında saxlanılması, "25" fevral 2021-ci il tarixdən hesablanmaqla, 17 may 2017-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X4 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli, 15 nömrəli qərarının 1, 1.2 və 1.2.1.-ci bəndlərindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8-ci bənd üzrə 8.4-cü bəndə “8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).” məzmununda 8.4-2-ci yarımbəndin əlavə edilməsi qərara alınmışdır. Məhkəmə belə qeyd edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(078)-351/2021 nömrəli qətnaməsi çıxarılan vaxt minimum əmək haqqı 250 manat müəyyən edildiyindən həmin vaxt bir uşaq üçün müvafiq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment məbləği həmin dövr üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.52 mislini təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Tələbkar Borclu qarşı sabit pul məbləğində alimentin indeksasiya olunması tələbinə dair ərizəsi təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(078)-351/2021 nömrəli qətnaməsi ilə 17 may 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu tutulan hər ay 130 (bir yüz otuz) manat miqdarında sabit pul məbləğində aliment sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.52 misli həddində indeksasiya edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Tələbkar Borclu qarşı sabit pul məbləğində alimentin indeksasiya olunması tələbinə dair ərizəsi təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(078)-351/2021 nömrəli qətnaməsi ilə 17 may 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu tutulan hər ay 130 (bir yüz otuz) manat miqdarında sabit pul məbləğində aliment sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.52 misli həddində indeksasiya edilsin. İndeksasiya edilmiş alimentin tutulması qərardad qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar