Məhkəmə qərarları › İş №8(078)-193/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-193/2025

03.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-193/2025 03.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Tələbkar, Borclu və Naxçıvan şəhər İcra və Probasiya şöbəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Tələbkar cavabdehlər Borclu və X5 qarşı yaşayış evindən məcburi çıxarılma tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2(078)-120/2025 nömrəli qətnaməsinin izah olunması barədə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən verilmiş ərizəyə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq müəyyənetdi: İddiaçı Tələbkar cavabdehlər Borclu və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Borclu və onun həyat yoldaşı X3 özünün mülkiyyətində olan Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 75 ünvanında yerləşən yaşayış evindən məcburi qaydada çıxarılmaları, zəbt olunmuş evinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2(078)-120/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi və Tələbkar mülkiyyətində olan Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 75 (yeni ünvan: ünvan 1 Borclu və X3 məcburi qaydada çıxarılmaları qət edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X8 11 avqust 2025-ci il tarixdə məhkəməyə icra sənədinin izah edilməsi barədə ərizə ilə müraciət edərək Tələbkar Borclu və X5 qarşı mənzildən çıxarılma tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-120/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin xx.xx.2025-ci il tarixdə icraatına daxil olduğunu, icra sənədinə əsasən Tələbkar mülkiyyətində olan Naxçıyan şəhəri, B.Abbasov küçəsi, ev 75 (yeni ünvan: ünvan 1 Borclu və X3 məcburi qaydada çıxarılmalı olduğunu, icra sənədində qeyd olunan ünvan 2 ünvanına baxış keçirildiyini, baxış zamanı qeyd olunan ünvanda iki fərdi yaşayış evi olduğunun məlum olduğunu, tələbkar Borclu xx.xx.2025-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək, Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 75 (yeni ünvan: ünvan 4air qətnamənin izah edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edilməsini xahiş etdiyini, qeyd olunanlara və “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-120/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin borclular Borclu və X3 hansı fərdi yaşayış evindən çıxarılmalarına dair izah edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar izahatında öz evi olduğunu, buna görə də evi özünün satacağını, Borclu qətnaməni icra etməsini, evdən çıxmasını istədiyini, onun yaşadığı köməkçi sahənin də onun mülkiyyətində olan daşınmaz əmlaka daxil olduğunu bildirmişdir. Məhkəmə iclasında Borclu izahatında tələbkarın hal-hazırda qətnamə əsasında çıxarılmalı olduğu evi satacağını, evi özünün satmaq istədiyini, evin satışından əldə edilən məbləğlə də Tələbkar ona olan borcu ödəyə biləcəyini, tələbkarın buna şərait yaratmasını istədiyini, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş onun çəkdiyi xərcin əvəzi olan məbləğin ona ödənilməsini istədiyini, özünün də bu şərtlə evdən çıxacağını bildirmişdir. Məhkəmə iclasında Naxçıvan şəhər İcra və Probasiya şöbəsinin nümayəndəsi X1 Xaliq Əkbər oğlu və X3 hansı mənzildən çıxarılmalarının aydın olmadığını, ərizənin təmin edilərək, qətnamənin izah edilməsini xahiş etmişdir. İş materiallarında olan 08 avqust 2025-ci il tarixli aktdan görünür ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8, böyük icra məmuru X9, icra sənədi üzrə borclu Quliyev X7 Şəhər Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2(078)-120/2025 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə Naxçıvan şəhəri, 6-cı küçə, ev 75 ünvanında yerləşən fərdi yaşayış evində olmuş, baxış zamanı icra sənədində qeyd olunan ünvandakı torpaq sahəsində iki fərdi yaşayış evinin olduğunun müəyyən olunduğu qeyd edilmişdir. İş materiallarında olan 08 avqust 2025-ci il tarixli ərizədən görünür ki, Borclu ərizə ilə Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-120/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən özünün və həyat yoldaşı X3 Tələbkar tam mülkiyyətində olan Naxçıvan şəhəri, B.Abbasov küçəsi (yeni ünvan: ünvan 6ada çıxarılmalı olduqlarını, özünün və həyat yoldaşı X3 ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evində yaşamadıqlarını, hazırda həmin ünvanında tikdiyi, lakin sənədləşməmiş evdə yaşadığını, özünün və həyat yoldaşı X3 yuxarıda qeyd olunan ünvanda yerləşən hansı fərdi yaşayış evindən çıxarılmaları ilə bağlı qətnamənin izah edilməsi üçün məhkəməyə ərizə verilməsini xahiş etmişdir. İş materiallarında olan mütəxəssis X11 03 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində qeyd etmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan iddiaçı Tələbkar cavabdehlər Borclu və X5 qarşı yaşayış evindən məcburi çıxarılma tələbinə dair mülki işlə əlaqədar Naxçıvan şəhəri, 6-cı küçə, ev 75 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə baxış keçirilmişdir. Azərbaycan SSR KTN-nin 1962-ci il tarixli 3649 inventar nömrəli texniki pasportunda göstərilən B (saray) tikilisinin tikintialtı sahəsi 21,00 m2, ümumi sahəsi isə 15,96 m2 olmaqla xx.xx.2016-cı il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evinin köməkçi tikilisi kimi qeydiyyata alınmışdır. Qeyd olunan ünvanda əmlaka naturada baxış keçirilən zaman həmin tikiliyə əlavələr edildiyi tikintialtı sahəsinin 96,50 m2, ümumi sahəsinin isə 71,15 m2 olduğu haliyyədə fərdi yaşayış evi kimi istifadə olunur. Eyni zamanda həmin fərdi yaşayış evinə bitişik tikintialtı sahəsi 22,85 m2 olan naves salınmışdır. Həmin tikilinin texniki pasportda göstərilən tikilidən əlavə hissəsinin iddiaçı Borclu tərəfindən tikildiyi iddia olunur. İddia olunan tikilinin ümumi sahəsi 71.15 m2, yaşayış sahəsi 23.55 m2, köməkçi sahəsi 47.60 m2-dır. Yuxarıda qeyd olunan B (saray) tikilisinə əlavə olunmuş digər tikililərin inventarlaşdırılması və qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq əsasverici sənədlər təqdim edilməlidir. Belə ki, Qanunun 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sitarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənədləri təqdim etməlidir. Ərizəni araşdıran məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.5-ci maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə qətnaməsi haqqında 24 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarının 14-cü bəndində qeyd edilmişdir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2(078)-120/2025 nömrəli qətnaməsinə “Tələbkar mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən yəni həmin ünvanda olan A tikilisindən və həmin fərdi yaşayış evinin köməkçi tikilisi olan B tikilisindən ( yəni cavabdehlərin faktiki yaşadıqları və üzərində əlavə tikinti apardıqları tikili) cavabdehlər Borclu və X6 məcburi qaydada çıxarılsın” formasında izah verilməlidir. Yuxarıda qeyd olunanları, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Tələbkar cavabdehlər Borclu və X5 qarşı yaşayış evindən məcburi çıxarılma tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2(078)-120/2025 nömrəli qətnaməsinə “Tələbkar mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən yəni həmin ünvanda olan A tikilisindən və həmin fərdi yaşayış evinin köməkçi tikilisi olan B tikilisindən ( yəni cavabdehlərin faktiki yaşadıqları və üzərində əlavə tikinti apardıqları tikili) cavabdehlər Borclu və X6 məcburi qaydada çıxarılsın” formasında izah verilsin. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar