Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-198/2024 05.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Tələbkar X2 Borclu qarşı nikahın pozulması və aliment tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-436/2019 saylı, 23 iyul 2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-436/2019 saylı, 22 iyul 2019-cu il tarixli qətnaməsi ilə Borclu 12 fevral 2019-cu il tarixdən hesablanmaqla iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat alimentin tutularaq Yusifova (Kərimova) Aynurə Xaqani qızının xeyrinə ödənilməsi qət edilmişdir. “26” noyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsi Naxçıvan Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək təqdimatda icraatda olan Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-436/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu xx.xx.1987-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu hər ay bir uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, ümumilikdə iki uşaq üçün sabit pul məbləğində 240 (iki yüz qırx) manat miqdarında aliment pulunun tutularaq, 06 yanvar 2012-ci il tarixdə doğulmuş X5 və 07 sentyabr 2013-cü il tarixdə doğulmuş X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Tələbkar xeyrinə ödənilməli olduğunu, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edildiyini, Borclu tələbin könüllü təmin edilməsinin təklif olunduğunu, bu barədə borcluya xx.xx.2023-cü il tarixdə bildiriş təqdim edildiyini, bildirişdə tələb könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edildiyini, borclunun xx.xx.2024-cü il tarixədək tələbi tam təmin etmədiyini və 480 manat aliment borcunun yarandığını, Borclu əmlak və gəlir vəziyyəti yoxlanılan zaman “Elektron İcra Sistemində” “X8” Məhdud Məsuliyyətli Cəmiyyətində maşın yuyan vəzifəsində aylıq qazancının 250 manat olduğunun göstərilməsinə baxmayaraq əmək müqaviləsinə xitam verildiyini, yuxarıda göstərilənlərə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84- 1.1 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsini rəhbər tutaraq, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-436/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu xx.xx.1987-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X9 04 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-436/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu xx.xx.1987-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılması üçün xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə təqdimat verildiyini, Borclu tərəfindən yaranmış aliment borcu tam həcmdə ödəndiyindən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın baxılmadan Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə tələbkar X3, Borclu və Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq işdə iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə hesab edir ki, icra məmurunun Borclu barəsində məhkəməyə təqdim etdiyi borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın baxılmamış saxlanılması barədə müraciəti əsaslıdır. Müraciət əsaslı sayıldığından onun hüquqi həlli ilə bağlı məhkəmə bildirir ki, sözü gedən təqdimata baxılması qaydası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsində əks olunsa da, həmin Məcəllə ilə hazırki məsələnin hüquqi həlli tənzimlənmir. Bu vəziyyətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 13.4-cü maddəsinin – “barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 13.2-ci maddəsinin –“əvvəlcə qanunun analogiyasından istifadə olunur, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir” normalarını rəhbər tutmaqla yuxarıda qeyd olunan məsələ həll edilməlidir. Bununla bağlı məhkəmə belə hesab edir ki, ilk olaraq qanunun aliliyi (aidiyyətlə bağlı hissədə) və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsi ilə müəyyən edilmiş işə baxılmasının prinsipləri rəhbər tutulmalıdır. Belə ki qeyd edilən maddənin mahiyyətinə görə məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Hüququn hamılıqla qəbul olunmuş bu dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. İcra məmuru işdə tərəf olmasa da məhkəmə qeyd edir ki, buna yalnız icra məmurunun təqdimata baxılması kimi yanaşılmamalıdır. Çünki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin mahiyyətindən görünür ki, işdə iştirak edən şəxslər də ərizə ilə əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməklə bağlı məhkəmə müraciət edə bilər. İstər işdə iştirak edən şəxslərin ərizəsinə, istərsə də icra məmurunun təqdimatına baxılma qaydası isə mülki prosessual qanunvericiliyin tələbinə görə eynilik təşkil etdiyindən, ərizə ilə müraciət edən şəxslərin hüquqları ilə təqdimatla müraciət edən icra məmurunun hüquqları eyni həcmdə olmalıdır. Yəni necə ki, tərəflər öz ərizəsini geri götürmək hüququna malikdirsə, icra məmuru məhkəməyə təqdim etdiyi təqdimata münasibətdə eyni hüquqdan istifadə edə bilər. Digər tərəfdən isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində iddia ərizəsinin, şikayət, protest və təqdimatın geri götürülməsinin hüquqi həlli öz əksini tapıb. Məhkəmənin mövqeyinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın baxılmamış saxlanılması barədə icra məmurunun müraciəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində ərizənin baxılmamış saxlanmasını tənzimləyən hüquq normaları ilə oxşarlıq təşkil edir. Bu səbəbdən də həmin hüquq normaları oxşar münasibətləri tənzimləyən hüquq norması kimi hazırki vəziyyətdə tətbiq edilə bilər. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən icra haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, həmin Qanundan, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunundan, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən, habelə digər qanunvericilik aktlarından ibarətdir. Məhkəmə qeyd edir ki, ərizənin baxılmamış saxlanılması barədə ərizəyə baxılmasının hüquqi həlli ilə bağlı Azərbaycan Respublikası “İcra haqqında” Qanunu və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində müvafiq prosessual hüquq norması olmadığından, həmin Qanunun 1.1-ci və Mülki-Prosessual Məcəllənin 13.4-cü maddələrinin tələbini nəzərə almaqla həmin Məcəllənin iddia ərizəsinin baxılmamış saxlanılmasını nizamlayan hüquq normaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Beləliklə məhkəmə göstərilənləri nəzərə alaraq yekunda aşağıdakı nəticəyə gəlir: - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və X4 Şəhər Məhkəməsinin 2(078)-436/2019 saylı, 23 iyul 2019-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın baxılmamış saxlanılmasına dair icra məmuru X6 müraciəti qəbul edilməli, həmin təqdimat baxılmamış saxlanılmalı və həmin təqdimat ona əlavə edilmiş sənədlərlə birlikdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.4, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və X4 Şəhər Məhkəməsinin 2(078)-436/2019 saylı, 23 iyul 2019-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın baxılmamış saxlanılmasına dair icra məmuru X6 ərizəsi təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-436/2019 saylı, 23 iyul 2019-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat baxılmamış saxlanılsın. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və X4 Şəhər Məhkəməsinin 2(078)-436/2019 saylı, 23 iyul 2019-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat ona əlavə edilmiş sənədlərlə birlikdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №8(078)-198/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-198/2024
05.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver