Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-21/2022 11.02.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ X7 Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 və Borclu iştirakı ilə, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru V.Quliyevin 263131/2021 nömrəli, 31.01.2022-ci il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru V.Quliyev 263131/2021 nömrəli, 31.01.2022-ci il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatla məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-772/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi əsasında 29 oktyabr 2021-ci il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Şəhər Məhkəməsinin 2(078)-772/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi əsasında 29 oktyabr 2021-ci il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Borclu izahatında hazırda işsiz olduğunu, buna görə də aliment borcunu ödəyə bilmədiyini, həqiqətən də ona Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən icra vərəqəsinin icrası üçün ona yazılı və şifahi xəbərdarlıq edildiyini, lakin maddi vəziyyəti ilə əlaqədar olaraq borcunu tam şəkildə ödəyə bilmədiyini, 650 manat aliment borcu olduğunu, imkanı olan kimi aliment ödəyəcəyini bildirmiş və onun hazırki vəziyyətinin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə Tələbkar rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Tələbkar məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Tələbkar iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimat verənin və borclunun izahatını dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-772/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi əsasında 29 oktyabr 2021-ci il tarixdə verilmiş icra vərəqəsinin icra olunması məqsədilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 772/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Borclu 14 iyun 2021-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün sabit məbləğdə 100 (bir yüz) manat miqdarında aliment tutularaq 25 oktyabr 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Tələbkar xeyrinə ödənilməsi qət olunmuş, qətnamə dərhal icra olunması üçün icra vərəqəsi çıxarılaraq Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi əsasında verilmiş icra sənədləri hər ay vaxtlı-vaxtında ödənilməmiş, və buna görə də Borclu 2020-ci ilin yanvar ayı da daxil olmaqla 650 manat ödənilməmiş qalıq borcu yaranmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 02.11.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 02.11.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Təqdimata əlavə olunmuş Naxçıvan şəhər İcra və Probasiya 04.08.2021-ci il tarixli 161993/2021 nömrəli məktubundan məlum olur ki, həmin məktubla Naxçıvan MR Daşınmaz Əmlakın və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə, Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə, Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Naxçıvan şəhər şöbəsinə və Naxçıvan MR DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Bölməsinə icraatda olan icra sənədlərinin icrasını təmin etmək məqsədilə Borclu adına daşınmaz əmlakın olub-olmaması və təqaüd alıb-almaması ilə bağlı sorğu verilmişdir. Həmin sorğuya Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 13.08.2021-cu il tarixli, 04/491 nömrəli məktubundan məlum olmuşdur ki, Borclu adına daşınmaz əmlak qeydə alınmamışdır. Naxçıvan MR DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Bölməsi tərəfindən 06.08.2021-ci il tarixli, 01/210 nömrəli məktubundan məlum olmuşdur ki, Əsgərov X6 qeydiyyatında durmur və heç bir müavinət və təqaüd almır. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 06.08.2021-ci il tarixli 02/307 nömrəli məktubundan məlum olmuşdur ki, Əsgərov X6 qeydiyyatında durmur, heç bir növ müavinət və təqaüd almır. Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Naxçıvan şəhər şöbəsi tərəfindən verilmiş 11.08.2021-ci il tarixli 02/878 nömrəli məktubundan məlum olmuşdur ki, Borclu Şöbədə qeydiyyatda durmur, heç bir növ pensiya almır. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış 263131/2021-58-10 nömrəli məlumatda Borclu adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləri hesab olunur. Yuxarıda qeyd olunan sorğuya verilən cavablardan da belə məlum olur ki, Borclu verilmiş icra vərəqəsi üzrə borc məbləğinin məcburi icra olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülmüşdür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru C V.Quliyevin 263131/2021 nömrəli, 31.01.2022-ci il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatı əsaslı olduğu üçün təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 204, 263-264 və 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru V.Quliyevin 263131/2021 nömrəli, 31.01.2022-ci il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatı təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-772/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi əsasında 29 oktyabr 2021-ci il tarixdə verilmiş icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №8(078)-21/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-21/2022
11.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver