Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-213/2025 23.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Tələbkar Borclu qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1675/2024 nömrəli, 10 fevral 2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu məcburi gətirilməsi barədə təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 qeyd olunan icra sənədi üzrə Borclu Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1675/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə 09 noyabr 2019-cu il tarixli, HAK5716017 saylı borc müqaviləsi üzrə 450 (dörd yüz əlli) manat əsas borc və 09 noyabr 2019-cu il tarixli, HAK5716018 saylı borc müqaviləsi üzrə 248 (iki yüz qırx səkkiz) manat əsas borc olmaqla, ümumilikdə 698 (altı yüz doxsan səkkiz) manat məbləğində pulun cavabdeh Borclu tutularaq Tələbkarnə verilməsi və iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Borclu alınaraq iş üzrə iddiaçı Tələbkarnə ödənilməsi qət edilmişdir. 10 sentyabr 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsi Naxçıvan Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək təqdimatda xx.xx.2025-ci il tarixli qərarla icraata başlanılmış, Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1675/2024-009 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu xx.xx.1991-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 723 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməli olduğunu, icra sənədinin xx.xx.2025-ci il tarixdə icraata qəbul edildiyini, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişin Borclu Seyfeddin oğluna göndərildiyini, Borclu tələbin könüllü təmin edilməsinin təklif olunduğunu və tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsi barədə xəbərdarlıq edildiyini, lakin borclunun tələbi tam təmin etmədiyini, Borclu dəfələrlə tələbin təmin edilməsinin təklif olunduğunu və şöbəyə dəvət edildiyini, borclu tələbi təmin etmədiyindən və üzrsüz səbəbdən şöbəyə gəlmədiyindən barəsində xx.xx.2025-ci il tarixdə məcburi gətirilməsi üçün təqdimat verilməsi barədə qərar qəbul edildiyini, həmin qərarın xx.xx.2025-ci il tarixdə məhkəməyə və borcluya göndərildiyini, lakin borclunun təkrarən tələbi təmin etmədiyini və şöbəyə gəlmədiyini, “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunduğunu, göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə Borclu məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq borclunun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə Tələbkarnə və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq, tələbkar və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq tələbkarın nümayəndəsinin və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İcra haqqında Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1675/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Təqdimata əlavə edilmiş materiallardan görünür ki, adı çəkilən bildiriş və icraata başlamaq haqqında qərar Borclu göndərilmişdir. Həmçinin icraata başlamaq haqqında qərarın məzmunundan o da aydın olur ki, borcluya tələbin 10 gün müddətinə könüllü surətdə icra olunması təklif olunmuşdur. 03 iyun 2025-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərara əsasən borclu xx.xx.1991-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada gətirilməsi barədə Naxçıvan Şəhər Məhkəməsinə təqdimat verilməsi qərara alınmışdır. Qeyd olunan qərarın surəti borcluya göndərilsə də, borclu yenə də İcra və Probasiya Şöbəsinə gəlməmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsində göstərilir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Təqdimata əlavə edilmiş sənədlərdən də aşkar surətdə göründüyü kimi, borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə də, məhkəmə hesab edir ki, borclu Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda göstərilənləri və «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatı təmin olunsun. Tələbkar Borclu qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1675/2024 nömrəli, 10 fevral 2025-ci il tarixli icra sənədinin icrası üzrə xx.xx.1991-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Məmmədov X3 Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Naxçıvan Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərardaddan, qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №8(078)-213/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-213/2025
23.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver