Məhkəmə qərarları › İş №8(078)-237/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-237/2025

23.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-237/2025 23.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, X2nun iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsinin binasında Naxçıvan Şəhər Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, 2(078)-1091/2025 nömrəli qətnaməsinin hissə-hissə ödənilməsinə dair X3 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: X3 ərizə ilə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(078)-1091/2025 nömrəli qətnaməsi əsasında müəyyən olunmuş 4571.41 manat məbləğində pulun hissəhissə ödənilməsi hər ay (70) manat məbləğində ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X3 ərizəsində bildirmişdir ki, Naxçıvan şəhər Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, 2(078)-1091/2025 nömrəli qətnaməsi üzrə ondan 4184.89 manat məbləğində kredit borcu, 308.30 manat məbləğində faiz borcu və 78.22 manat məbləğində cərimə olunmaqla, ümumilikdə cəmi 4571 manat 41 qəpik məbləğində borcun və ödənilmiş 65.71 manat məbləğində pulun tam şəkildə alınaraq iddiaçı "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. X7 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizə ilə müraciət etmişdir. Borclu ərizəsində qeyd etmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(078)- 1091/2025 nömrəli qətnaməsi icraya yönləndirilmiş və ondan 4184.89 manat məbləğində kredit borcu, 308.30 manat məbləğində faiz borcu və 78.22 manat məbləğində cərimə olunmaqla, ümumilikdə cəmi 4571 manat 41 qəpik məbləğində borcun və ödənilmiş 65.71 manat məbləğində pulun tam şəkildə ödənilməsini tələb olunur, onun maddi imkanı pulu tam şəkildə ödəməsinə imkan vermir. Əlavə olaraq onun səhətində problem mövcuddur, sol qolunun fəaliyyəti dayanmışdır. X2 ərizəsini müdafiə edərək izahatında ərizəsinin təmin edilməsini xahiş etmişdir. Tələbkar "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə iştirak etməmiş, rəsmi məlumat verməmişdir. Məhkəmə tələbkar "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarından müəyyən edilir ki, Naxçıvan Şəhər Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, 2(078)-1091/2025 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" QSC-nin cavabdeh X6 qarşı pul tələbinə dair iddia təmin edilmiş və ondan 4184.89 manat məbləğində kredit borcu, 308.30 manat məbləğində faiz borcu və 78.22 manat məbləğində cərimə olunmaqla, ümumilikdə cəmi 4571 manat 41 qəpik məbləğində borcun və ödənilmiş 65.71 manat məbləğində sövlət rüsumunun alınaraq iddiaçı "xxxx" QSC-nə ödənilməsi qət edilmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən borcun hissə-hissə ödənilməsi barədə ərizəni təmin edilməməsi qənaətinə gəlir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər hallarını nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətə layiq hallarından asılı etmişdir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 04 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi, və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlannın və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə “ağlabatan müddət” konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Qeyd edilməlidir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Məhkəmə nəzərə alır ki, borclu qətnamənin hissə-hissə icrasına dair ərizə ilə müraciət edərkən bunun səbəbi kimi maddi vəziyyətinin ağır olduğunu göstərmiş, lakin məhkəmə qərarı icra olunduğu gündən bu günə qədər heç bir icra ödənişi həyata keçirilməmişdir. Ümumiyyətlə ərizəçi icra ödənişlərinin hissə-hissə ödənilməsi üçün üzürlü hesab etdiyi əsaslara dair hər hansı sənəd təqdim etməmişdir. Ümumi ödənilməli olan pul məbləği çox miqdardadır və borclunun hər ay 70 manat ödəməklə icra ödənişi həyata keçirməsi tələbkarın maddi vəziyyətinin kəskin pisləşməsinə səbəb ola bilər. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X1 qətnamənin hissə-hissə ödənilməsi barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 267-269-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X1 Naxçıvan Şəhər Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, 2(078)-1091/2025 nömrəli qətnaməsinin hissə-hissə ödənilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar