Məhkəmə qərarları › İş №8(078)-25/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-25/2024

09.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-25/2024 09.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 və Borclu iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-373/2021 nömrəli, 08 iyul 2021-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimata açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 təqdimatla məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)- 373/2021 nömrəli, 08 iyul 2021-ci il tarixli icra vərəqəsi üzrə borclu, xx xxxxxx 1970-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 verdiyi izahatında, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-373/2021 nömrəli, 08 iyul 2021-ci il tarixli icra vərəqəsinə əsasən, 08 iyul 2021-ci il tarixdən hesablanmağa başlayaraq, Borclu hər ay sabit pul məbləğində bir uşağa 100 (yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 (iki yüz) manat miqdarında alimentin tutularaq ödənilməsinin qət edildiyini, Borclu 09 iyul 2021-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş və 09 iyul 2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surəti qeydiyyatda olduğu ünvana göndərildiyini, borclunun dəvət olunaraq 3000 manatdan artıq öhdəliyinin olmasının izah olunduğunu, lakin ödəmə olmadığından təqdimat verildiyini, hazırda isə borclunun 100 və 150 manat ödəməsi barədə qəbz təqdim etdiyini, lakin borcun çox olduğunu, həmçinin tələbkarın borclunun Rusiyyaya getmək fikrinin olduğunu onlara bildirdiyini, icra üçün müəyyən olunmuş müddətdə icra vərəqəsini üzrsüz səbəbdən icra etmədiyindən Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-373/2021 nömrəli, 08 iyul 2021-ci il tarixli icra vərəqəsi üzrə borclu, xx xxxxxx 1970-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul olunmasını xahiş etdi. Tələbkar məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin o məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə müvafiq olaraq, işə tələbkarın iştirakı olmadan baxılmışdır. Borclu izahatında təqdimatı qəbul etmədiyini, mövsümü işdə işlədiyindən borcunun yarandığını, borcunun olmasında səhvliyinin olduğunu anladığını, lakin ödəmələr etdiyini, uşağının təhsil aldığını, ona pul göndərdiyini, lakin aliment olaraq rəsmiləşdirmədiyini, qazanxanada işlədiyi üçün mövsüm bitəndən sonra işsiz qaldığını, müraciət etsədə işlə təmin olunmadığını, evini tələbkarın adına keçirməyə hazır olduğunu, qarşılığında alimetdən imtina etsin deyə tələbkara müraciət etdiyini, lakin hələ ki, reallaşmadığını, təqdimatın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-373/2021 nömrəli, 08 iyul 2021-ci il tarixli icra vərəqəsi üzrə borclu, xx xxxxxx 1970-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, təqdimat və ona əlavə olunmuş sənədlərdən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)- 373/2021 nömrəli, 08 iyul 2021-ci il tarixli icra vərəqəsinə əsasən, 08 iyul 2021-ci il tarixdən hesablanmağa başlayaraq, Borclu hər ay sabit pul məbləğində bir uşağa 100 (yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 (iki yüz) manat miqdarında alimentin tutularaq 23 avqust 2006-cı il təvəllüdlü X3 və 27 sentyabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün anaları Tələbkar ödənilməsi, Naxçıvan Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qərardadı ilə, məhkəmə qətnaməsi çıxarılanadək 01 mart 2021-ci il tarixdən aliment tutulmasının nəzərə alınması qət edilmişdir. Borclu 09 iyul 2021-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş və 09 iyul 2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surəti qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu barəsində müvafiq orqanlara verilmiş sorğulara əsasən adına tələbin yönəldilə biləcəyi daşınar və daşınmaz əmlak, hesablaşma hesabı olmaması, təqaüd almaması müəyyən olunmuşdur. Könüllü icra üçün müəyyən olunmuş müddətdə icra vərəqəsini üzrsüz səbəbdən icra etmədiyindən Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-373/2021 nömrəli, 08 iyul 2021-ci il tarixli icra vərəqəsi üzrə borclu, xx xxxxxx 1970-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: Təqdimat təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-373/2021 nömrəli, 08 iyul 2021-ci il tarixli icra vərəqəsi üzrə borclu, xx xxxxxx 1970-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar