Məhkəmə qərarları › İş №8(078)-26/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-26/2024

09.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-26/2024 09.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, X1 iştirakı ilə, X1 maraqlı şəxs Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı hüquqi əhəmiyyətli faktın-şəxsin işləməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(078)-1160/2023 nömrəli qətnaməsinin izah olunması barədə X4 tərəfindən verilmiş ərizəyə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: X2 MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Naxçıvan şəhər idarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 1994-cü il tarixdən 01 sentyabr 1996-cı il tarixədək Naxçıvan Avtonəqliyyat müəssisəsində qaynaqçı vəzifəsində işləməyinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini хаhiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli qərardadı ilə, X1 maraqlı şəxs Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Naxçıvan şəhər idarəsinə qarşı hüquqi əhəmiyyətli faktın-şəxsin işləməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə X1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təmin olunmuş və iddia tələbinə “08 aprel 1985-ci il tarixdən 10 fevral 1986-cı il tarixədək 7 nömrəli Qazquraşdırma İdarəsində qaynaqçı vəzifəsində, 01 mart 1986-cı il tarixdən 01 oktyabr 1986-cı il tarixədək 2 saylı Mənzil-İstismar İdarəsində qaynaqçı vəzifəsində, 09 oktyabr 1986-cı il tarixdən 01 sentyabr 1996-cı il tarixədək Naxçıvan Avtonəqliyyat müəssisəsində qaynaqçı vəzifəsində, 08 avqust 1998-ci il tarixdən 18 aprel 2002-ci il tarixədək “Kristal iş” firmasında qaynaqçı vəzifəsində işləməklə, 01 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərə düşən 15 il əmək stajının müəyyən edilməsi, işlədiyi həmin illərin güzəştli şərtlərlə pensiya hüququ verən sosial stajına daxil edilməsi" tələbi çərçivəsində baxılması qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli qərardadı ilə, X1 maraqlı şəxs Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Naxçıvan şəhər idarəsinə qarşı hüquqi əhəmiyyətli faktın-şəxsin işləməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işdə maraqlı şəxs Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Naxçıvan şəhər idarəsi Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(078)-1160/2023 nömrəli qətnaməsi ilə, X5 08 aprel 1985-ci il tarixdən 10 fevral 1986-cı il tarixədək 7 nömrəli Qaz-quraşdırma İdarəsində qaynaqçı vəzifəsində, 01 mart 1986-cı il tarixdən 01 oktyabr 1986-cı il tarixədək 2 saylı Mənzil-İstismar İdarəsində qaynaqçı vəzifəsində, 09 oktyabr 1986-cı il tarixdən 01 sentyabr 1996-cı il tarixədək Naxçıvan Avtonəqliyyat müəssisəsində qaynaqçı vəzifəsində, 08 avqust 1998-ci il tarixdən 18 aprel 2002-ci il tarixədək “Kristal iş” firmasında qaynaqçı vəzifəsində işləməsi faktının müəyyən (təsdiq) edilməsi qət edilmişdir. X4 məhkəməyə ərizə təqdim edərək, Naxçıvan şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)- 1160/2023 nömrəli qətnaməsinə “08 aprel 1985-ci il tarixdən 10 fevral 1986-cı il tarixədək 7 nömrəli, Qaz-quraşdırma İdarəsində qaynaqçı vəzifəsində, 01 mart 1986-cı il tarixdən 01 oktyabr 1986-ci il tarixədək 2 saylı Mənzil İstismar İdarəsində qaynaqçı vəzifəsində, 09 oktyabr 1986-cı il tarixdən 01 sentyabr 1996-cı il tarixədək Naxçıvan Avtonəqliyyat müəssisəsində qaynaqçı vəzifəsində, 08 avqust 1998-ci il tarixdən 18 aprel 2002-ci il tarixədək “Kristal iş” firmasında qaynaqçı vəzifəsində işlədiyim” qaynaqçı peşəsinin xüsusiyyətlərinə (əl ilə qaynaq aparan elektrik qaynaqçısı və ya qaz qaynaqçısı olmağıma) və məhkəmə tərəfindən qaynaqçı vəzifəsində işləmə faktı müəyyən (təsdiq) edildikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli qərarının 4.1.20-ci bəndinə əsasən 2 nömrəli əlavənin təqdim edilməsinin zəruriliyinə və mümkünlüyünə münasibət bildirərək izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X4 məhkəmə baxışı iclasında verdiyi izahatında bildirmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-1160/2023 nömrəli qətnaməsi ilə ərizəm təmin olunaraq 08 aprel 1985-ci il tarixdən 10 fevral 1986-cı il tarixədək 7 nömrəli, Qazquraşdırma İdarəsində qaynaqçı vəzifəsində, 01 mart 1986-cı il tarixdən 01 oktyabr 1986cı il tarixədək 2 saylı Mənzil İstismar İdarəsində qaynaqçı vəzifəsində, 09 oktyabr 1986-cı il tarixdən 01 sentyabr 1996-cı il tarixədək Naxçıvan Avtonəqliyyat müəssisəsində qaynaqçı vəzifəsində, 08 avqust 1998-ci il tarixdən 18 aprel 2002-ci il tarixədək “Kristal iş” firmasında qaynaqçı vəzifəsində işləməsi faktı müəyyən (təsdiq) edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-1160/2023 nömrəli qətnaməsi qanuni qüvvəsini almışdır. Lakin Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)- 1160/2023 nömrəli qətnaməsində işlədiyim qaynaqçı peşəsinin xüsusiyyətləri, yəni əl ilə qaynaq aparan elektrik qaynaqçısı və ya qaz qaynaqçısı olmağım qeyd edilməmişdir. Mənim vəzifəmin adı ştat cədvəlinə əsasən qaynaqçı olub və mən həm əl ilə elektrik qaynaq, həm də qaz qaynaq işləri ilə məşğul olmuşam. Qaynaqçı vəzifəsi bunların hər ikisində əhatə edir. Həmçinin, məhkəmə tərəfindən qaynaqçı vəzifəsində işləməsi faktı müəyyən (təsdiq) edildikdən sonra güzəşti iş dövrünün müəyyən edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli qərarının 4.1.20-ci bəndinə əsasən 2 nömrəli əlavənin təqdim edilməsinin zəruriliyinə və mümkünlüyünə heç bir münasibət bildirilməmişdir. Hesab edirəm ki, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-1160/2023 nömrəli qətnaməsində 15 il güzəştli iş dövrüm təsdiqi tapdıqdan sonra güzəşti iş dövrünün müəyyən edilməsi üçün 2 nömrəli əlavəni tələb etmək məhkəmə qərarının icrasının məcburiliyi barədə Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mənim işlədiyim müəssisələrin çoxu ləğv olunub. Həmin əlavədə nəzərdə tutulan arayışı əldə etmək mümkün olsaydı, mən heç məhkəməyə müraciət etməzdim. Məhkəmə ərizəni mövcud qətnamə və mülki işin halları ilə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişərsə və yeni qətnamə çıxarılarsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, ərizəçi qaynaqçı vəzifəsində işləməsi faktının müəyyən olunmasını məhkəmədən xahiş etdiyi üçün məhkəmə tələb çərçivəsində işə baxaraq tələbi təmin etmişdir. Ərizəçinin təqdim etdiyi əmək kitabçasında olan əmrlərin mətnindən görünür ki, qaz qaynaqçısı və qaynaqçı vəzifələrində işləmişdir. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230.1, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: X1 maraqlı şəxs Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı hüquqi əhəmiyyətli faktın-şəxsin işləməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(078)-1160/2023 nömrəli qətnaməsinin izah olunması barədə X4 tərəfindən verilmiş ərizə üzrə qətnaməyə aşağıdakı məzmunda izah verilsin. Naxçıvan Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(078)-1160/2023 nömrəli qətnaməsində X1 08 aprel 1985-ci il tarixdən 10 fevral 1986-cı il tarixədək 7 nömrəli Qaz-quraşdırma İdarəsində, 01 mart 1986-cı il tarixdən 01 oktyabr 1986-cı il tarixədək 2 saylı Mənzil-İstismar İdarəsində, 09 oktyabr 1986-cı il tarixdən 01 sentyabr 1996-cı il tarixədək Naxçıvan Avtonəqliyyat müəssisəsində, 08 avqust 1998-ci il tarixdən 18 aprel 2002-ci il tarixədək “Kristal iş” firmasında əl və qaz qaynaqçı vəzifəsində işləməsi nəzərdə tutulur. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar