Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-27/2024 18.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, Tələbkar Borclu qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-85/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu məcburi gətirilməsi barədə təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X8 qeyd olunan icra sənədi üzrə Borclu Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-85/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi ilə 03 noyabr 2023-cü il tarixdən hesablanmaqla, 30 yanvar 2013-cü il təvəllüdlü X4 və 15 sentyabr 2021-ci il təvəllüdlü X1 üçün hazırki iş üzrə tərəflər arasında mübahisə həll olunana və ya məhkəmə qətnaməsi qəbul edilənədək cavabdeh Borclu hər ay bir uşaq üçün 200 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə isə iki uşaq üçün 400 (dörd yüz) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X6 ödənilməsi nəzərdə tutulmuşdur. 01 aprel 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və X7 Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək təqdimatda icraatda olan Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-85/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1990-cı ildə Babək rayonu, Cavidabad kəndində doğulmuş, Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyatda olan Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay iki uşağın saxlanılması üçün sabit məbləğdə 400 manat alimentin tutularaq tələbkar X3 xeyrinə ödənilməli olduğunu, qeyd olunan icra sənədinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icraatına daxil olduğunu, qanuna müvafiq qaydada icraya yönəldildiyini, icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surətinin bildirişlə icra sənədi üzrə Borclu göndərildiyini, borcluya tələbin könüllü olaraq təmin edilməsinin təklif olunduğunu və tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edildiyini, Borclu tələbi könüllü təmin etmədiyini, borclunun aliment üzrə xx.xx.2024-cü il tarixədək 2000 manat aliment borcu yarandığını, borcluya dəfələrlə xəbərdarlıq edildiyini, həmçinin xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə dəvət edilməsinə baxmayaraq şöbəyə gəlmədiyini, bu səbəbdən borclunun məcburi gətirilməsi üçün məhkəməyə təqdimat verilməsi barədə xx.xx.2024-cü il tarixdə qərar qəbul edildiyini, qərarın surətinin Naxçıvan Şəhər Məhkəməsinə və tərəflərə göndərildiyini qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə Tələbkar, Borclu və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər və məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İcra haqqında Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-85/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Təqdimata əlavə edilmiş materiallardan görünür ki, adı çəkilən bildiriş və icraata başlamaq haqqında qərar Borclu göndərilmişdir. Həmçinin icraata başlamaq haqqında qərarın məzmunundan o da aydın olur ki, borcluya tələbin dərhal könüllü surətdə icra olunması təklif olunmuşdur. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, borcluya xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə xəbərdarlıqlar göndərilmişdir. xx.xx.2024-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərara əsasən borclu xx.xx.1990-cı ildə Babək rayonu, Cavidabad kəndində doğulmuş, Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyatda olan Borclu məcburi qaydada Naxçıvan Şəhər icra və Probasiya Şöbəsinə gətirilməsi barədə Naxçıvan Şəhər Məhkəməsinə təqdimat verilməsi qərara alınmışdır. Qeyd olunan qərarın surəti borcluya göndərilsə də borclu yenə də İcra və Probasiya Şöbəsinə gəlməmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsində göstərilir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Təqdimata əlavə edilmiş sənədlərdən də aşkar surətdə göründüyü kimi, borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə də məhkəmə hesab edir ki, borclu Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda göstərilənləri və «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin təqdimatı təmin olunsun. Tələbkar Borclu qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-85/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası üzrə xx.xx.1990-cı ildə Babək rayonu, Cavidabad kəndində doğulmuş, Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyatda olan Məmmədov X9 Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Naxçıvan Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərardaddan, qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №8(078)-27/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-27/2024
18.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver