Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-30/2022 24.02.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Tələbkar Borclu qarşı aliment tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-346/2021 nömrəli, 18 mart 2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-346/2021 nömrəli, 18 mart 2021-ci il tarixli qətnaməsi ilə, cavabdeh Borclu 25 fevral 2021-ci il tarixdən başlayaraq hər ay sabit məbləğdə bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla iki uşaq üçün ümumilikdə 220 (iki yüz iyirmi) manat miqdarında aliment tutularaq 23 avqust 2011-ci il təvəllüdlü X4 və 19 fevral 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Tələbkar ödənilməsi, Borclu iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 18.85 (on səkkiz manat səksən beş qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. 11 fevral 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsi Naxçıvan Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək təqdimatda 19.03.2021-ci il tarixli qərarla icraata başlanılmış, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-346/2021 nömrəli, 18.03.2021-ci il tarixli qətnaməsi əsasında 18.03.2021-ci il tarixdə verilmiş icra sənədinə əsasən xx.xx.1987-ci ildə doğulmuş, Naxçıvan şəhəri, 12-ci məhəllə, ev 37 ünvanında qeydiyyatda olan Borclu 25.02.2021-ci il tarixdən hesablanmaqla 23.08.2011-ci il tarixdə doğulmuş X4 və 19.02.2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 1 uşağa görə 110 manat olmaqla 2 uşağa görə hər ay 220 manat miqdarında sabit məbləğdə alimentin tutularaq Tələbkar xeyrinə ödənilməli olduğunu, qeyd olunan icra sənədinin 19.03.2021-ci il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə daxil olduğunu və qanuna müvafiq qaydada icraya yönəldildiyini, icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surətinin bildirişlə icra sənədi üzrə Borclu göndərildiyi, tələbin dərhal könüllü təmin edilməsinin təklif olunduğunu və tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edildiyini, lakin borclunun tələbi tam şəkildə təmin etmədiyi və 2022-ci ilin fevral ayı daxil olmaqla aliment üzrə 880 manat borcu yarandığını, icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirildiyini, borclunun adına tələbin yönəldilə biləcəyi gəlir və əmlakın müəyyən edilmədiyi, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məcburi icra tədbirinin tətbiq edilməli olduğunu qeyd edərək göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə Tələbkar, Borclu və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Tələbkar, Borclu və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanunun bu tələbindən aydın görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat üç şərt mövcud olduqda məhkəmə tərəfindən təmin oluna bilər. Belə ki, icra sənədi pul tələbi ilə bağlı olmalı, bu icra sənədi üzrə borcluya könüllü icra üçün vaxt verilməli və sonda isə borclu tərəfindən icra sənədinin icra edilməməsi üçün səbəb üzürsüz olmalıdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, hazırki təqdimatın təmin olunması üçün lazım olan şərtlərin hamısı mövcuddur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsində qeyd olunur ki, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli 2-N nömrəli Kollegiya qərarı ilə təsdiq olunmuş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2 və 2.2.1-ci bəndində isə qeyd olunur ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünü idarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Məhkəməyə təqdim olunan təqdimat və ona əlavə edilən sənədlərdən aydın olur ki, tələbin könüllü icrası üçün bildirişin borcluya rəsmən təqdim olunması sübuta yetirilir. Belə ki, təqdimata əlavə edilmiş 09 iyul 2021-ci il tarixli, 67469/20214 nömrəli məktubdan görünür ki, adı çəkilən bildiriş və icraata başlamaq haqqında qərar Borclu çatdırılması üçün Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi X3 göndərilmişdir. Həmçinin icraata başlamaq haqqında qərarın məzmunundan o da aydın olur ki, borcluya tələbin könüllü surətdə icra olunması üçün 10 günlük müddət təyin olunmuşdur. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci bəndinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Yuxarıda qeyd olunan Təlimatın 2.4-cü bəndində qeyd olunur ki, təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın, könüllü icra üçün verilmiş müddət barədə bildiriş, onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. İcra xidməti tərəfindən yuxarıda qeyd olunan normanın tələbində qeyd olunanlar yerinə yetirilərək icra hərəkətlərinin yerinə yetirilməsini təsdiq edən sənədlər təqdimata əlavə olunmuşdur. İş materiallarında olan müvafiq idarə və təşkilatlara edilmiş sorğular və onun əsasında verilmiş cavabdan görünür ki, borclunun heç bir əmlakı və gəlirləri müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin təqdimatı təmin olunmalı; - Tələbkar Borclu qarşı aliment tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-346/2021 nömrəli, 18 mart 2021-ci il tarixli icra sənədinin icrası üzrə xx.xx.1987-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı; -Qərardadın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.2-ci maddəsinin tələbinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.4, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin təqdimatı təmin olunsun. Tələbkar Borclu qarşı aliment tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-346/2021 nömrəli, 18 mart 2021-ci il tarixli icra sənədinin icrası üzrə xx.xx.1987-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan, qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №8(078)-30/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-30/2022
24.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver