Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-31/2023 09.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru H.Quliyevin 66424/2022 nömrəli xx.xx.2023-cü il tarixli borclunun əmlakının üzərinə həbs qoyulması haqqında təqdimatına Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru H.Quliyev 66424/2022 nömrəli xx.xx.2023-cü il tarixli borclunun əmlakının üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-128/2022 nömrəli 30 mart 2022-ci il tarixli qətnaməsi əsasında 30 mart 2022-ci il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar Borclu qızının əmlakının üzərinə həbs qoyulmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə Tələbkar, Borclu və təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər və təqdimat verən orqanın nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə Tələbkar, Borclu və təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-128/2022 nömrəli 30 mart 2022-ci il tarixli qətnaməsi əsasında 30 mart 2022-ci il tarixdə verilmiş icra vərəqəsinin icra olunması məqsədilə Borclu məxsus olan ünvan 1 ünvanında yerləşən 0.02 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Belə ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-128/2022 nömrəli 30 mart 2022ci il tarixli qətnaməsi ilə iş üzrə cavabdeh Borclu 01 oktyabr 2021-ci il tarixdən hesablanmaqla hər ay sabit məbləğdə bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, iki uşaq üçün ümumilikdə 260 (iki yüz altmış) manat miqdarında aliment tutularaq 18 sentyabr 2010-cu il təvəllüdlü X2 və 17 sentyabr 2011-ci il təvəllüdlü X1 üçün Tələbkar xeyrinə ödənilməsi, qətnamənin alimentə dair hissədə dərhal icra olunması və müvəqqəti alimentin tutulmasına dair qərardadın nəzərə alınması qət edilmiş və həmin tarixdə icra vərəqəsi çıxarılaraq icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxt ərzində Borclu tərəfindən tam icra edilməmiş və onun 2023-cü ilin fevral ayı daxil olmaqla 690 manat aliment borcu yaranmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 20 oktyabr 2022-ci il tarixli, 66424/2022 nömrəli məktubunun surətindən məlum olur ki, həmin məktubla Naxçıvan MR Daşınmaz Əmlakın və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə, Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu PHŞ Naxçıvan şəhər şöbəsinə, Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə və Naxçıvan MR DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Bölməsinə icraatda olan icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu adına daşınmaz əmlakın olub-olmaması, pensiya və ya təqaüd alıbalmaması ilə bağlı sorğu verilmişdir. Təqdimata əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 04/624 nömrəli məktubunun surətindən Borclu adına ünvan 1 ünvanında yerləşən 0.02 ha həyətyanı torpaq sahəsinin olduğu müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən İcraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunın əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.3-cü maddəsinə əsasən borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya borclunun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən qoyulmuş məhdudiyyətlərə əməl olunmaması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru icra məmuru H.Quliyevin 66424/2022 nömrəli xx.xx.2023-cü il tarixli əmlakın üzərinə həbs qoyulması haqqında təqdimatı əsaslı olduğu üçün təmin olunmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası MPM-in 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Təqdimat əsaslı olduğundan təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-128/2022 nömrəli 30 mart 2022-ci il tarixli qətnaməsi əsasında 30 mart 2022-ci il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar Borclu məxsus olan ünvan 1 ünvanında yerləşən 0.02 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №8(078)-31/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-31/2023
09.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver